Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Dərəcələrin verilməsi üçün göstərişlər
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

Aikido təlimindən nə əldə edirik?



1. Sağlamlıq Düzgün məşqlər nəticəsində sağlamlığın bərpası və prafilaktikası təmin olunur.


2. Özünümüdafiə Bir və daha artıq nəfərlər tərəfindən olunan fiziki və psixoloji təzyiqlərdən özünümüdafiəni öyrədir.


3. Silahla və silaha qarşı işləmək bacarığı Silahdan müdafiə üsullarını öyrənən tələbə özünü kritik situasiyalarda daha əmin hiss edir.


4. Stresdən və gərginlikdən azad olmaq Gərgin həyat rejimi nəticəsində yaranan stres və beyin gərginliyi məşq zamanı azad olunur və müəyyən qədər rahatlıq əldə edilir.


5. Güclü iradə Məşq zamanı özümüzə, hisslərimizə qalib gəlməyi öyrəndikcə, gündəlik həyatda da iradənizin necə gücləndiyinə xoş təcüblənəcəksiniz.


6. Düzgün nəfəsalma və meditasiya Təlimdə istifadə edilən daxili güc (Ki), yalnız düzgün nəfəsalma və meditasiya vasitəsilə mümkün olur və bu təlim proqramına daxildir.


7. Nizam intizam Nizam-intizam – özümüzə, əhati mühütə və insanlara qarşı düzgün davranış münasibətini öyrədir.


8. Mane olan komplekslərdən azad olmaq Utanclıq, özünəgüvənməmək və s. komplekslər həyatımızı çox halda korlayır. Bu komplekslərdən azad olduqca güzgüdə harmonik, hər kəslə ünsiyyət qura bilən, enerjili bir şəxsiyyət görəcəksiniz.


9. Gözəl bədən quruluşunun əldə edilməsi Gözəl bədən quruluşu sağlamlığımızın və aktivliyimizin vizit kartıdır!


10. Aktiv həyat tərzi və gümrahlıq Enerji dolu, aktiv, pozitiv və gümrah insanın ətrafında olmağını hər bir insan arzulayır!





© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az