Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

EKOLOGİYA

Biologiyada bir bölümdür ki, canlı orqanizmlərin bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqələrini öyrənir və bəhs edir. Canlılar deyəndə heyvanlar, bitkilər, göbələklər və mikroorqanizmlər nəzərdə tutulur. Məlumdur ki, insanlar da bu bölümlərin birinə aiddir və biologiyada ağıllı primatlar kimi qeydə alınmışdır.
Təbiətdə heç bir canlı qəsdən bir-birinə zidd getmir və harmoniyada yaşam ömrü sürür. Canlılardan yalnız insan öz tələbatından artığına meyl göstərir və daim maddiyatının artırılmasına çalışır. Öz rifahı üçün ağaclar kəsir, ovçuluq edir, təbiəti çirkləndirir və hətta insanları belə incidir. Bu ağıl sahibləri nə qədər qəddar olarmış. Ağıllı belə hərəkət edərmi? Yox!!!
Dünyada insanların azğınlıqları səbəbidir ki, Təbiət artıq baş qaldırıb və harın, nankor insanı sirkələyir. Bizlər isə bunu hələ də başa düşmürük. Dayanmaq, sakitləşmək və düz yola gəlmək əvəzinə, nadanlığımıza bəraət qazandıraraq, bizə qarşı gözlə görünməzlərin müharibəsi adlandırırıq. Axı nə vaxt oyanacağıq?
Təbiətin bizdən tələb etdiyi yalnız harmonik yaşamdır. Bunun üçün başlanğıc addım əhati mühütü qorumaq və ekoloji pozuntuları aradan qaldırmaqdır. Ovçuluq etmək və ağac kəsmək qəti qadağan olunmalıdır, əks halda cinayət işi kimi qəbul olunmalıdır, canlı canlıdır, fərq etməz insan olsun, heyvan və ya ağac.
Heç bir insan və ya qurum ov ovlamağa və ya ağac kəsməyə icazə verə bilməz və haqqı yoxdur. Əksinə insanlar və qurumlar yaşayış məskənlərində parkların sayını artırmalı və onları qorumalıdırlar. Mənasız və xaotik tikilən bina və tikintilərə qadağa qoyulmalıdır. Bilmək lazımdır ki, hündür mərtəbəli binanın dəmir-beton kütləsinin şüalanma yaratması və ümumiyyətlə yerdən hündür məsafədə yaşam insan sağlamlığına pis təsir göstərir.
Ekologiyanı qorumaq, birinci insanın öz sağlamlığını qorumaqdır və sonra onu əhatə edən və sağlamlığını təmin edən mühütü qorumaqdır. Bunun üçün hər bir insan bizi yaşadan təbiəti qorumağa çalışmalıdır.

Həyatı qorumaq arzusu ilə,

F. Ələsgərov

P.S. Ekoloji parklara həsr olunmuşdur.

© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az