Hər dinləyən kəs, eşitmir,
Hər baxan kəs, görmür,
Hər deyilən, həqiqət deyil.
Bəzən gözümüzə görsənən hadisələr qarabasma ola bilər, eşitdiyimiz hikmətlər isə bizi gərginləşdirər. Bunların hamısı şüurun çirkliliyindən əmələ gəlir. Göz, qulaq beyinə yaxın və sıx əlaqədə olduğundan şüurun çirkli və ya saf olması təsir edir.
Əğər saf yolu seçmişiksə də onu qorumaqda da diqqətli olmaliyıq. Hər şeyə, insanlara və onların hərəkətlərinə pozitiv baxmalıyıq. Pozitiv baxışlar bizi düz yoldan çıxartmır və saflığımıza şərait yaradır. Əks halda, neqativ düşüncələr bizi əvvəlki çirklilikdən də çox çirklənməyə gətirib çıxaracaq. Bu çox təhlükəlidir və xilas olma daha da çətinləşir. Pozitiv və hər zaman pozitiv düşünün. Dedi-qodulardan və şəratmadan uzaq olun. Sübutu olmayan və sizə aid olmayan şeyləri düşünmək və danışmaq axmaqlıqdır. Böhtanın sinonimi yalandırsa, dedi-qodu şəri gəzdirməkdir.
İnsanlarda düşmən axtarmayın, bu şüurumuza pis təsir göstərə bilər. Düşmən mənası yoxdur, nadanlıq mənası var. Çünki belə olsaydı bütün canlılar bir biri ilə qidalandığına görə düşmən olardı. Onlar isə harmoniyada yaşayır, sadəcə olaraq hərənin öz yeri var, öz həmləri var və yaşam tərzləri var. İnsanlar bunları unutmamalıdırlar. Sadəcə olaraq nadanlardan uzaq olmaq lazımdır. Tələblərimizdə həddləri keçməməliyik. Öz şüurunu təmizləmək istəyənlər üçün qapı açılır. Ona görə həyatda yaşamın seçimi sizdədir. Ətraf mühitin necə görünməsi sizdən asılıdır. Beynimiz pis fikirlərlə dolu olduqda ətraf da pis görsənir, saf və təmiz olduqda hər şey gözəlləşir. Hər şey və hər kəsdə gözəllik görəndə onda bizim düşmənimiz də olmur.
Pozitiv düşünmə başqalarına etibar etmək deyildir. Pozitiv düşünmə qəlbimizdə insanların yerini düzgün təyin etməkdir. Kimi yaxın kimi uzaq, kimi daha yaxın, kimi isə daha uzaq. Təyinat məsafələrlə ölçülür.
Beynimiz təmiz olanda bədənimizdə enerji axını sabit olur. Şüurunuzun təmizliyi yalnız sizin özünüzdən asılıdır. Başqa heç kəs onun təmizliyi ilə məşğul ola bilməz. Yalnız pozitiv düşüncələr şüuru təmizləyə bilir. Pozitiv pozitivlərə yaxın olur.
Ümumiyyətlə İnsan cənnəti və cəhənnəmi yaşadığı həyat tərzində və ərzındə yaşayır. O, Cənnətdə və ya Cəhənnəmdə yaşamağı özü seçir. Cənnət və cəhənnəm ona görsəndiyi mühitdə görsənir. Cənnətdə yaşamaq hər şeydə gözəllik axtarmaqdır. Cəhənnəmdə yaşamaq hər şeydə pislik görməkdir.