Qida bizim həyatımızın əsasıdır və həyatımız boyu biz hər an qidalanırıq. Qida təkcə yeməkdən ibarət olmur. Bizi əhatə edən hər bir şey bizim üçün qidadır - hava, su, günəş, xüsusi hərəkətlər, enerji verən hər bir şey...
Qidalanma həmçinin nə az nə çox, düzgün və tarazlıqda olmalıdır ki, həyatımızı sağlam və xoşbəxt yaşaya bilək.
Qidasız gün və ya an olmur, qidalanma bizim həyatımızı daima müşayət edir və enerji tükənincəyə qədər sönməyə qoymur.
Qida bizim bədənimiz, beynimiz və ruhumuz üçün fərzdir və vacibdir.
Bədən qidası:
Həyatda aldığımız biliklər vasitəsi ilə biz bətnimizi qidalandırırıq və düzgün həyat yaşayırıq. Dünyaya saf gələn uşaq, biliyi olmasa da, təmiz, pak və düzgün olur. Düzgün nəfəs alır, yediyi qidanı qədərində və düzgün qəbul edir, heç nəyi fikrinə almır və saxlamır, bir sözlə harmonik inkişaf edir.
Lakin o, böyüdükcə onu özmüz bildiyimiz kimi bəsləyirik və pozuruq. Onu məcburən işıqlı dünyadan qaranlıq dünyaya dartıb gətiririk. Yalnız düzgün bilikli valideyin və ya ustad, və ya uşağın özü bilikləri əldə edərək, qaranlıq dünyadan qurtula bilir. Amma əfsuslar ki, bilikli valideyin də azdır, ustad da azdır və belə bacarıqlı uşaq da azdır. Bu biliklər bizə düzgün həyat tərzini, sağlam yaşamı öyrədir. Düzgün həyat tərzi və sağlam yaşam bizə xoş uzunömürlüyü bəxş edir. Bunun üçün lazım olan biliklər çox sadədir və aşağıdakılardır:
1.Düzgün nəfəsalma, körpələrdən öyrənmək olar, ən düzgünü onlardır, diofraqmal və qarın ilə nəfəs alırlar. Bu barədə bilik alsaq da mütləq təcrübə etməliyik və şüuraltı proqramına yazmalıyıq ki, bizdən asılı olmayaraq düzgün nəfəs alınsın. Unutmamaq ki, insan üçün ən vacib qida havadır.
2.Bədəndə və beyində gərgin olmamaq, bədəni gərginləşdirən hərəkətlərdən və məşğələlərdən uzaq olmaq. Bədən və orqanlar sıxılmağı sevmir, gərginlik yaradan fikirlər - paxıllıq, acıq, kin, qısqanclıq, narazılıq və s., və həddən çox fiziki hərəkətlər bədən üçün neqativ qidadır və ziyanlıdır. Pislik etməmək və düşünməmək.
3.İsti və soyuqdan qorunmaq, qidada və hava ilə bədənin təmasında. Yediyimiz və içdiyimiz qidalar nə isti nə də soyuq olmalıdır, bədən hərarəti civarında olsa yaxşıdır. Nə çox isti geyinmək, nə də bədəni üşütmək olmaz. Bədən üçün hava və qida hərarətinin tarazlıqda olmaması, artıq enerji sərfiyatına səbəb olur. Artıq enerji itkisi, ömrün qısalması deməkdir.
4.Hər qidanı yeməmək, qədərində yemək və çeynəyərək içmək. Yaxşı çeynənməmiş qidanın mədədə və bağırsaqlarda həzminə daha çox enerji xərclənir. Yaxşı həzm üçün mədə ölçüsünün üçdə biri qida, o biri üçdə biri maye, qalan hissə boşluq olmalıdır. Qida bədənə bağırsaqlar vasitəsi ilə filtrə olaraq ötürülür.
5.Xoş əhval və yuxu bədənin rahat və balansda olmasına şərait yaradır. Belə halda bədən nəinki az enerji itirir hətta havadan və mühütdən qidalanır və gümrahlaşır. Biz həyatda anadan olandan hər gün əziyyətə məruz qalırıq və buna görə çalışmalıyıq narahatçılıqda qalmamaq və ondan tez çıxmaq bacarığını əldə edək.
6.Xüsusi gimnastik hərəkətlər bədəndə oynaqların, vətərlərin, əzələlərin və orqanların elastikliyini təmin edir və saxlayır. Belə hərəkətlər vasitəsilə orqanlar arasında mübadilə və təmas uyğun və şəffav olur. Bədənin elastikliyi bizim sağlam və cavan qaldığımızı göstərir. Sağlam bədəndə enerji axını daxildə və xarici mühütlə harmoniyada olur.
7.Pəhriz – qidada, enerji itirən işlərdə və yaşamda. Qidalanma mövsümə və çeşidlərə uyğun olmalıdır. Biri birinə düşməyən və mövsümə uyğun olmayan qidalar bədəndə disfunksiya yaradır və hiss etmədiyimiz səviyyədə bədənimizi zəiflədir. Enerji itkisinə səbəb olan hərəkətlərdə və işlərdə diqqətli olmaq, tarazlıq hədlərini aşmamaq.
Beyin qidası:
Beyin elə orqandır ki, onun öyrənilməsi bizim düşüncəyimizdən xaricdir. O, ruhla bədən arasında körpü rolunu oynayır. Bu körpünü düşüncələr və dərketmələr yarada bilir. Bu körpü vasitəsi ilə bətn əməlləri və həyat tərzi ilə ruhu inkişaf etdirə bilir. Ruha qida, təmizlənmiş şüurdan keçir. Şüurumuz təmiz olmazsa ruhumuz qidalana bilmir və sanki qəfəsdə olmuş kimi sönür və solur. Ona görə şüuru hər zaman təmizləmək lazım ki, ruh üzərində hər zaman iş apara bilək və onu qidalandıraq.
Amma şüurun təmizliyi necə mümkündür və bu nəyin vasitəsi ilə həyata keçirilir? Yalnız BİLİK vasitəsilə. Bilik, işığı gizlədən qapının açarıdır. Yalnız düzgün açarlar əldə etmək lazım. Hər qıfılın öz açarı olduğu kimi və hər açar da hər qıfıla düşmür. Bilik əldə etdikdən sonra, dərketməyə başlamaq lazım. Dərketmə açarda olan dişlərdir ki, qıfıl onun vasitəsi ilə açılır. Bağlı qapıları çox açdıqca, qaranlıq eqo dünyamız da işıqlaşır və aydınlıq bərqərar olur.
Ruhun qidası:
İnsan fərəh gətirən və fərəhləndirən hər bir şey ruh üçün qidadır.
1.Gözəl görüntü – göz vasitəsilə seçilir. Göz oxşayan və gözlər vasitəsi ilə ruhu qidalandıran təbiəti, rəngləri, əşyanı, simanı və hər bir gözəlliyi seyr etmək. Hər bir şeydə və hissəsində gözəllik görmək və gözəllik axtarmağı vərdiş edin.
2.Xoş səs – xoş musiqi, mahnı, səs, söz və s. Eşitdiyimiz hər hansı səs və söz bizi narahat etməməli. Ruh rahatlıqda qidalanır. Dilimizin də səsləndirdiyi sözləri qulağımız eşidir deyə, ğözəl diqsiyada, xoş və ədəbi olmalıdır. Pis söz deməmək və eşitməmək.
3.Qoxu və dad – qoxu vasitəsilə biz ətraf mühütün ətrini məsafədən hiss edir və qidalanırıq. Gözəl qohusu olan bitkiləri iylədikdə bizə müəyyən faydaları ola bilir və ruhumuzu qidalandırır. Həmçinin dilimizə gözəl dadlı qidalar daddırmaq lazım. Qidalandığımız hər bir şeyin qoxusunu və dadını hiss eyləyin. Yediyimiz və içdiyimiz qida bədən üçün lazımdırsada, onun dadı və qoxusu ruh üçün lazımdır.
4.Yumşaq hərəkət və toxunuş – sizə xoş gələn toxunuşu bəyəndiyiniz kimi özünüzdə də xoş toxunuşu tərbiyə etməlisiniz. Hərəkətlərimiz çox incə və axıcı olmalıdır. Harmoniyada ifa olunan hərəkət ruha xoş gəlir.
5.Rahatlıq. Rahatlıq relaksda düşüncə yolu ilə əldə oluna bilir. Ruh bədənin relaksiyada olmasını və düşüncənin təmiz olmasını sevir. Rahatıqsa deməli ruh rahatdır.
Əlbətdə ki, qısa yazıda bütün fikirləri əks etdirmək olmur və ya ötürmək olmur. Bunları əldə etmək üçün hazırliq və təcrübə lazımdır. Hər fikir üzərində dayanıb düşünmək lazımdır, bu da zamana bağlıdır. Unutmamaq ki, həyat bizə bir dəfə verilir və onu sağlam, gözəl və uzunömürlü yaşamaq lazımdır.
Qida bizə yaşamaq üçün lazımdır,
Bilik bizə düzgün yaşamaq üçün lazımdır,
Yaşam bizə ruhu inkişaf etdirmək üçün lazımdır.
Fərhad Ələsgərov
|