Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Dərəcələrin verilməsi üçün göstərişlər
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

TÖVSİYƏ


Düzgün həyat sürmək üçün:

1. Rahat ol - Rahat olmaq üçün pozitiv düşünün və hər kəsə bəraət qazandırın.

2. Kimsəni rahatsız etmə - Kimsəni narahat etməmək üçün mərhəmətli və səxavətli olun. Rahatlığınızı da başqasını narahat etməklə əldə etməyin.

3. Səbrli ol - Səbri əldə etmək üçün dərin nəfəs alın və aramcasına verin. Sakitləşin və şüurunuzu işə salın.

4. İsraf etmə - Həyatda, məişətdə israf etməmək, təbiəti qorumaq deməkdir. İsrafçı olmamaq üçün beyninizi pis fikirlərdən təmizləyin.

5.Hər şeyə qane ol - Qane olmaq üçün şükürlü ol. Ayağı yorğana görə uzat. Borc alma. Şükürlü insanın borcu olmaz.

Düzgün həyat yolu – dilin, gözün, qulağın, düşüncənin, əxlaqın tərbiyyəsindən başlayır.
Deyiləni əldə edin, yaşayın və bölüşün. Yaşamadığınız şeyləri başqalarına məsləhət etməyin.

Uğurlu yol arzusu ilə...


Fərhad Ələsgərov





© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az