Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Cədvəl
Aikido Mərkəzinin dərs cədvəli 2017-2018
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç. 24 (m. N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789; (+99455) 7719383;   (+99455) 6923643;
facebook.com/aikidofederation                ; instagram.com/aikido_azerbaijan
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

Özünüzü aldatmayın!


Hər hansı bir hərəkatın reallığı onun adında deyil. Hər hansı döyüş növünün yaradıcısı varsa o növ üzrə stillərin yaranması da yanlışdır. Adın ətrafında dəyişikliklər etmək və ona adlar əlavə etmək müəllif hüquqlarının pozuntusu deməkdir. Aikidoda stil yoxdur, Aikidonun stilləri olmur. Onun yaradıcısı M.Ueşibadır və döyüş növü Aikidodur, necə ki Cüdonun yaradıcısı Ciqoro Kanodur. Boksa, futbola, şahmata - real boks, əsl futbol, super şahmat və s. deməklə dəyişiklik baş vermir. Aikidonu olduğu kimi qəbul etmək və yaradıcısının fəlsəfəsini öyrənmək lazımdır. Reallıq və effektlik insanın təcrübəsindən və ustalığından irəli gəlir. Effektlik – həyatda və real hadisələrdə aldıgınız təlimin keçərli olmasıdır. Aikido döyüş növünün içində sirlər çoxdur, amma onları Aikido ilə məşğul olan hər kəs mənimsəyə bilmir. Mənimsəmək üçün həm şüuru həm ruhu inkişaf etdirmək lazımdır. Necə ki, Aikidonun yaradıcısı demişdir:”Ruhu və şüuru inkişaf etdirməyənlər üçün Aikido sirli qalır”. Ruhun və şüurun inkişafının göstəricisi əxlaq və insanlara münasibətdədir. Əxlaq insanı heyvandan fərqləndirən amildir.
Aikido insan təkəbbürünün inkişafı üçün deyildir. Mərhəmətlilik, biliyə tabeçilik, təvazökarlıq yoludur! Bilirik ki, meşədə qurdlar da quzular da yaşayır... Azad, döyüşçü ruhlu pələng olun! Yeri gəlsə tısbağa, dovşan və s. olun! Əsas odur döyüşçü ruhlu olun!
Düzgün seçməyi - ustanı qeyri ustadan fərqləndirməyi bacarın. Seçdiyiniz Ustanın gəldiyi yolunu da araşdırmağı unutmayın! Ustasından halallığını alan ustanın yanına gedin və özünüzü aldatmayın! Fiziki, şüuru və ruhu sağlam ustadan təlim alın. Sağlam durumlu usta seçin! “Effektli, sərt” texniki göstəricilərə uymayın. Özünü qaydaya sala bilməyən insan sizi qaydaya sala bilməz. Yolu bilib gedən, mənimsəyən insan sizə yol göstərə bilər. Necə ki, sağlam olmayan həkim sizi sağalda bilməz, Yolu bilməyən də yol göstərə bilməz. Belə yerdə deyirlər: “Əlin yağlıdırsa birinci çək öz başına”.
Gözəl sözlər və vədlər gözəl göbələklər kimidir, yeməli deyil və xeyri də olmur. Hər hansı növlə məşğul olursunuzsa çalışın onun əsl, xeyr-dualı ustasını tapın. Əks halda sizi də özü kimi edəcək. Hətta bunu bilməsə də və istəməsə də.
Nə gəldi yeməkdənsə ac qalmaq, kimlə gəldi yol getməkdənsə tək getmək yaxşıdır.

Fərhad Ələsgərov

© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az