Nəyə görə insan həyata gəlir?
Ruhu təmizləmək və inkişaf etdirmək üçün!
Artıq bilirik ki, ruh bədənə can verir. Ruhun bədəndə olması sanki ruh üçün bir şansdır ki, bətnin yaşadığı müddətdə ruh təmizlənə bilsin. Bədəndə olan ruh yalnız şüur tərəfdən təmizlənir. Təmizlənmə şüurlu olaraq həyata keçirilir. Ruh təmizləndikcə böyük varlığa yaxınlaşırıq, bəlkə də onu özümüzə dəvət edirik. Böyük ruh üçün daxilimizi təmizləməliyik. Şüurumuzu təmizləməliyik. Şüurun təmizlənməsinin nəticəsini hər insan özü bilə bilər. Başqalarını aldatmaq olar, lakin özünü yox. Insanın ruhunun nə qədər təmiz olmasını da özü bilə bilər.
“Başqalarını öyrətmədən öncə öz şüurunuzu təmizləyin”. M. Ueşiba
Ruh təmizləndikdən sonra onu inkişaf etdirmək dövrü gəlir. Əgər ruhun təmizlənməsi özümüz üzərində iş aparmaq və yaşam biliyi əldə etməkdədirsə, ruhu inkişaf etdirmək, əldə etdiyimiz təmiz ruhumuzla əhati mühütlə münasibətdə baş verir. Əldə etdiyimiz Haqqın bilikləri və qaydaları başqalarına və ətraf mühütə münasibətdə əməl olunmalıdır.
Məsələn, həyatda daima bizi narahat edən problemlərə rast gəlirik və bu problemlərin həlli üzərində işləyirik. Lakin, başa düşmək lazımdır ki, yaşam özü bütövlükdə problemdir yəni əziyyətdir. Lakin, bu problemlər bizim üçün normal bir amil kimi olmalıdır. Həyatda olan hər bir situasiya bizim üçün bir imtahandır. Insanlarnan, təbiətlə ünsiyyətimiz və ünsiyyətdən doğan cavab ruhun muqəddaratını həll edir. Bəzən biz özümüz də dərk etmədən problemləri özümüz üçün yaradırıq. Insanlarla davranışda inciyirik, küsürük, kin saxlayırıq, qəzəblənirik.
Bunların hamısı ümumiyyətlə insanların biri-birini başa düşməməzliyindən, onların arasında tam açıqlığın olmamasından yaranır. Aydınlıq olmadıqda konflikt əmələ gəlir. Konfliktin dərmanı isə “Anlamaqdır”. Tutaq ki, qarşıdakı insan səhvdir və ya səhv hərəkət edir və buna görə biz ondan küsürük, inciyirik. Bundan nə olacaq. Yalnız özümüzə ziyan olacaq. Bəzi xəstəliklərin yaranması da elə bundan əmələ gəlir. Biz nə etməliyik? Tam açıqlığa nail olmalıyıq!. Başa düşmürsə, başa salmalıyıq. Səhvini anlamaq istəmirsə onunla məsafəni artırmalıyıq. Bəlkə də elə biz özümüz səhv edirik. Ona görə də hər zaman ilk öncə səhvi özümüzdə axtarmalıyıq. Ümumiyyətlə bütün situasiyalarda hər iki tərəfin səhvi olur. Əsas onu tapmaq lazımdır. Onu tapmadıqda o bizim daxilimizdə ruha qarşı yönəlmiş bir virus kimi oturur və ruhun inkişafına mane olur. Bədənə virus düşdüyü kimi ruha da virus duşə bilər. Ona görə antivirusu öncədən hazırlığını görün və lazımi vaxtda işə salın.
Yaddan çıxarmаyın ki, bədən bizə əmanət olaraq, ruh üzərində iş aparmaq üçün verilmişdir. Bədənimizə də xidmət və hörmət etməyi heç vaxt unutmayın. Çünki yediyimiz yeməyin qabı da təmiz olmalıdır.