Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

YOL


Yolu başlamaq və getmək istəyən hər kəs üçün Yolun başlanğıc mərhələsi etikanın öyrənilməsindən başlanır, yəni davranış qaydalarını, ritualları öyrənmək və əməl etmək və bir birimizə münasibətlərdə xeyirxah olmaq. Bu tələbənin mənimsəməli olduğu birinci pillədir.

İkinci pillə - sağlamlığın bərpası, bədənin zəif yerlərinin gücləndirilməsi və ruhun möhkəmləndirilməsidir. Əgər birinci pillədə şüur üzərində işləyirdiksə, ikinci pillədə bədənin sağlamlığı və ruhun möhkəmləndirilməsi üzərində iş aparılır.

Üçüncü pillə - bədənin fiziki formasına və hərəkət və qorunma texnikalarının öyrənilməsinə diqqət verilir. Bu mənimsənilən biliklər gələcək həyat yolunda da müşayət edir. Bədənin bütün hərəkətləri düzgün çalışmalı və ətraf mühütlə harmoniyada olmalıdır.

Dördüncü pillə - düzgün nəfəsalmanı və onun hərəkətlərimizlə eyni ritmdə olmasını öyrənirik. Nəfəsin hesabına biz orqanizmimizə enerji toplayırıq, düzgün nəfəs aldıqda isə bədənimizin enerjisini artıq enerji sərfindən qorumuş oluruq. Əgər nəfəs bizə həyat verirsə, düzgün nəfəsalmaq ömrümüzü uzadır.

Beşinci pillə - sakitliyin və rahatlığın əldə olunmasıdır, bu yolla ağlımızın aydınlığını əldə edə bilirik. Bizi heç nə narahat etmir və heç kim özümüzdən çıxara bilmir. Ağlımız aydın olanda bədən rahat olur və yalnız belə vəziyyətdə həyatın bütün suallarına düzgün cavab tapılır.

Altıncı pillə - bir nöqtəyə diqqəti cəmləməyi öyrənirik. Bunu öyrənməklə siz öz enerji mənbəyinizə diqqətinizi cəmləyə, asanlıqla bu enerjini istifadə və idarə edə bilərsiniz. Bu pillədə sizin şüurunuz sizə orqanizminizin resurslarından lazım olan vaxt şüuraltı olaraq istifadə etmək üçün xidmət edir.

Yeddinci pillə - meditasiya pilləsidir. Artıq biz həqiqətən meditasiya etməyi, yəni rahat halda olmağı bacarırıq. Bu səviyyədə müşahidə etdiklərimizin və düşündüklərimizin mənası bizim üçün açılır. Bədənimiz və ağlımız daim meditasiya vəziyyətində olur. Hər bir hərəkətimiz meditasiya ilə müşayət olunur. İnsan pozitiv enerji ilə müşayət olunur və ondan ətrafa xeyirxahlıq saçılır.

Səkkizinci pillə - bu kamillik səviyyəsidir. Bu səviyyənin göstəricisi ilk yeddi pillənin mənimsənilməsi və əməllərlə müşayət olunmasıdır. 8-ci pilləyə addımı biz atmırıq, əvvəldə mənimsədiyimiz pillələr bizi bu səviyyəyə qaldırır. Bütün pillələr bir birlərini tamamlayırlar. Bir halqa çatmayanda bütün zəncir dağılır. Öyrəndiyimiz bütün bilklər bizim sağlamlığımıza yönəlir və bizə uzun, xoşbəxt həyat şəraiti yaradır. Əldə olunan biliklər insan üçün həyat tərzi olmalıdır. Bunun üçün bütün pillələri tamlıqla, diqqətlə, bütün incəliklərini dərk edərək keçmək lazimdir. Öyrəndiklərimizi daim şüurumuzdan və təcrübədən keçirmək lazımdır. Yalnız bu halda öyrəndiklərimiz saf bilik şəklində şüuraltımıza yazılacaq. Səkkizinci pilləyə çatmaqla biz Ruhumuzun ölməzliyini qazanmış oluruq.

Yolda uğurlar
F.Ələsgərov.
© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az