Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Dərəcələrin verilməsi üçün göstərişlər
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

QORXMAZ

Uşaq anadan olandan onun şüuru qorxu bilmir. Düşüncə qabiliyyəti inkişaf etdikcə qorxu hissi yaranmağa başlayır. Bəzən valideyinlər və ünsiyyətdə olanlar qorxu hissinin vaxtını tezləşdirirlər. Onun sakitləşməsi və ya yatması üçün qorxudurlar. Valideyinlər uşağı düzgün tərbiyə etməyi bacarmadıqları üçün belə edirlər və özləri də bilmədən uşağın daxilində qorxu yaradırlar. Qorxunun özü ən böyük xəstəlikdir və o insanın immun sisteminə təsir edir və zəiflədir. Bunun da nəticəsində daxili balans pozulur, bədən çoxlu enerji itirir və bu gərginliklərdən isə streslər yaranır. Bununlada aydın olur ki, stresin kökü qorxuya gedib çıxır. Deməli bütün xəstəliklərin səbəbi qorxu sayılır. Beynimizdə yaranmış qorxu hissi içimizi yeyir və ömrümüzü qısaldır. Qorxuruq ki, danlanacağıq, - əksinə deyiləndən nəticə çıxarıb inkişaf etməliyik. Qorxuruq ki, işsiz qalacağıq, - əksinə bilin ki, bacarıqlı insanın həmişə işi olur, sadəcə olaraq biliyinizi artırın və insanlarla ünsiyyəti öyrənin. Qorxuruq ki, bizi bəyənməyəcəklər, - əksinə sağlam və mənəvi inkişaf etmiş insanın cazibə qüvvəsi olur, hər zaman bunun üzərində işləyin. Qorxuruq ki, maddiyyat azdır və çatmaz, - əksinə bilmək lazımdır ki, ən qiymətli maddiyyat elə özümüzük, bizə nə qədər lazımdır ki, sakitləşək. Qorxuruq ki, zəif görsənərik və ona görə də kobudluq nümayiş edirik, - əksinə bilməliyik ki, heç kim başqasından yüksək deyil, aqressiyanın özü qorxunun meyvəsidir. Və sair və sair qorxular bizi hər zaman stresə salır. Qorxu hissi qeyri müəyyənlikdən və biliksizlikdən yaranır. Məsələn, hal-hazırda bizim qorxumuza səbəb olan virus xəstəliyi. Biz bilməliyik ki, indiki dövrdə virusu dəqiq görə bilən mikroskop icad etməyiblər və indiki mikroskoplar onları sadəcə olaraq, kölgə şəklində görə bilir. Sadəcə onu da bilmək lazımdır ki, uşaq dünyaya gələndə artıq bədənində mikroorqanizimlər olur. Bizim bədənimiz onlar üçün bir məkandır və onlar bizim bədənimizin üzvləridirlər. Sağlamlığımızın göstəricisi də məhz daxili aləmin harmoniyası və sülhdə olmasıdır. Əgər bədən xəstələnirsə deməli daxildə müharibədir və harmoniya pozulmuşdur. Daxili harmoniyanı bərqərar etmək üçün şüurumuzu pis fikirlərdən təmizləmək, rahatlanmaq və düzgün nəfəs almaq lazımdır. Qorxu olanda nə pozitiv fikirlər olur, nə də düzgün tənəffüs. Qorxu özü bir neqativdir və necə olur ki, virus testinin cavabında xəstəlik varsa pozitiv, yoxdursa neqativ deyirlər. Əslində pozitiv sözü yaxşı, işıqlı, müsbət neqativ isə pis, qaranlıq, mənfi və s. məna daşıyır. Qorxu neqativdirsə, qorxmazlıq pozitiv. Bilmək lazımdır ki, ölüm yazısı tək uca Tanrının əlindədir. Ən böyük qorxu isə ölüm qorxusudur ki, özümüzü dərk etsək o qorxu da yox olar. Necə deyiblər, sizdən hərəkət, Allahdan bərəkət. Azad olun, heç nəyə bağlı olmayın və heç nədən yapışmayın. Azad olan qəfəsdə olmur, qəfəsdə olsa belə düşüncəsi qəfəsdə olmur. Qorxmaz insanlar sağlam, uzunömürlü və ölməz olur. Allahdan qorxmayıb günah işlər görənlər, niyə gözlə görünməyən mikrobdan qorxurlar. Əgər qorxursunuzsa, haqq yolundan çıxmaqdan qorxun. Başqa heç nə sizi qorxutmasın. Qorxmaz olun, ölümsüz olun.

Qorxudan qurtulmaq arzusu ilə...

Fərhad Ələsgərov

© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az