Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Dərəcələrin verilməsi üçün göstərişlər
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Siyahıya qayıtmaq

Sensei - Fərhad Ələsgərov

Status Sensei
Şəhər Bakı

Düzgün həyat tərzi bizim bədənimizlə yanaşı ruhumuzu da sağlamlaşdırdığı kimi, savadlı ustadın nəzarəti və göstərişləri əsasında aparılan, qaydalarla müşayət olunan düzgün məşqlər də bizdə yenilməz döyüşçü ruhunu yaradır.

Sensei - Fərhad Ələsgərov, Azərbaycanda Aikidonun yaradıcısı, Azərbaycan Aikido Federasiyasının prezidenti, Federasiyanın texniki direktoru, Azərbaycan Aikido Mərkəzinin rəhbəridir.

Gənc vaxtlarda o, güləş, judo, karate kimi növlərlə məşğul olurdu, həyat və dünya fəlsəfəsini özündə daşıyan növün axtarışında idi. Sonralar Aikido ustaları tərəfindən xarıcdə keçirilən seminarlarda iştirak edərək, başa düşdü ki, axtardığı məhz bu imiş.

Yamada SenseiSensei F. Ələsgərov 1990-cı ilin əvvəllərində Azərbaycanda ilk Aikido dojosunu Bakı ş. Bala Dadaşov 24 ünvanda yaradır və dərs keçməyə başlayır.

30.06.1992-ci ildə Azərbaycanda ilk Aikido təşkilatı «Aikido Mərkəzi»ni Ədliyyə Nazirliyində qeydiyyatdan keçirir.

13.07.1994-cü ildə «Azərbaycan Aikido Federasiyası»nı Ədliyyə Nazirliyində qeydiyyatdan keçirir.

F. Ələsgərov qeyd olunan yaponiyalı Aikido ustalarından təlim almışdır: N.Tamura sensei, Y.Yamada sensei, S.Sugano sensei, Y.Kitaura sensei, M.Fujita sensei, N.İçihaşi sensei, K.Kumagai sensei, H.İsoyama sensei, R.Sakamoto sensei və Doşu – Moriteru Ueşiba.

F. Ələsgərov hər il seminarlar və dərəcə atestasiyaları keçirir. Bu günkü günə Federasiyanın bir çox tələbələrini müxtəlif Dan dərəcələrinə hazırlayıb və attestasiya edib.

Fərhad Ələsgərov 1997-ci ildə Aikidoya yeni gələnlər üçün azərbaycan və rus dilində «Aikidoçunun yaddaş kitabçası» dərs vəsaitini tərtib etdi. O, vaxtaşırı ölkə mətbuatında Aikido barəsində məqalələr dərc edir, həmçinin məktəblərdə, universitetlərdə, özəl təşkilatlarda məruzələr oxuyur, televiziya və radioda «Aikido incəsənət adamları üçün», «Aikido və tibb», «Aikido gündəlik həyatda», «Aikido və biznes sahəsi», «Aikido qadınlar üçün», «Uşaqlarda şəxsiyyətin formalaşması » və s. mövzularda çıxışlar edir. F. Ələsgərov müəllifi olduğu «Aikido Fəlsəfəsi» kitabı 2002-ci ildə rus dilində nəşr olundu və Sankt Peterburq şəhərində keçirilən ənənəvi «Bəyaz gecələr» festivalında təqdimatı keçirildi.

Fərhad Ələsgərov 1990-cı ildə yaranmış Beynəlxalq Avro-Asiya Aikido Federasiyasının - IEAAF (əvvəlki SSRİ Aikido Federasiyası) təsisçisi və vitse-prezidentidir. 1997-ci ildə Azərbaycanın Milli Olimpiya Komitəsinin üzvü oldu. Azərbaycan Respublikasının Əməkdar Məşqçisi fəxri adına layiq görülmüşdür.




© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az