Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Dərəcələrin verilməsi üçün göstərişlər
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

EQODAN QURTULUŞ

Düzgün meditasiya yolu ilə insan dərk etmə və şüurluluq əldə edir.

Deyirlər insan yaşlandıqca müdrikləşir...
Şüurumuzda eqonun böyüməsinə imkan yaratsaq, yaşlandıqca daha ağıllı yox, axmaq oluruq. Bu vəziyyətdə, eqonun daxilimizdə inkişafı ilə biz Kosmik bilik mənbəsindən ayrılırıq. Axı, Ruhumuz Kainatın bizim bədənimizə yerləşdirdiyi çip məhsuludur və insanla Kosmos arasında əlaqədir. Deməli biz Kainatın zərrəsiyiksə, yer üzündə yaşayan hər bir canlının zərrəsi də bizə doğmadır. Hamımız bir mənbədən gəlirik. Bunu dərk etsək, o zaman düşmənçilik etməyəcəyik, əksinə ətrafımızdakı mühitlə - heyvanlar, bitkilər və bütün Təbiətlə, xüsusən də bir-birimizlə harmoniyada yaşayacağıq.
Təəssüf ki, nəfs şüurumuzu idarə edir, zehnimizi çirkləndirir və bizi günahlara doğru yoldan çıxarır. Günah, eqoya xidmət edən ağılın etdiyi bir səhvdir. Günah ədalətin pozulduğu və vicdanın yatdığı zamanda olur. Vicdan ayıq olarsa bizə haqsızlıq etməyə imkan verməz. Ədalət doğru ilə yanlışın, yaxşı ilə pisin tərəzisidir.
Eqo, başqalarının bizim üçün etdiyi bütün yaxşılıqları görməyə mane olur. Nəfsin tabeliyində olan ağıl onun qulu olur. Eqonun inkişafımızda rol oynadığını düşünmək səhvdir. Əgər bizdə nəyisə inkişaf etdirirsə, o, bizdə pisliyi, axmaqlığı və şəri inkişaf etdirir. Bütün bu qaranlığı isə içimizdə yatan vicdan seyrəldib aydınlaşdıra bilərdi. Vicdan oyananda qəlbimizdə şüurumuzdakı bütün pislikləri çıxara bilən bir işıq yanır və o zaman biz Dünyanı başqa gözlərlə, rənglərlə görəcəyik. Biz yüklərdən və gərginliklərdən azad olduğumuzu hiss edəcəyik. Biz Kainatın özü kimi müstəqil və azad oluruq. Ətrafımızdakı hər şey bizimlə doğmalaşır və birləşir. Bu vəziyyətdə Kainat ilə və Kosmik ağıl ilə əlaqə bərpa olunur.
Nəfs üzərində qələbə - özümüz üzərində qələbədir. Bu qələbəni sizin üçün heç kim edə bilməz. Bu zəfəri siz və yalnız siz həyata keçirə bilərsiniz.
Seçim sizindir: eqonun qulu olmaq və ya Kainatın dostu.

Fərhad Ələsgərov

© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az