Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Cədvəl
Aikido Mərkəzinin dərs cədvəli 2017-2018
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç. 24 (m. N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789; (+99455) 7719383;   (+99455) 6923643;
facebook.com/aikidofederation                ; instagram.com/aikido_azerbaijan
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

Harmoniyaya inam var, yaşam yoxdur


Bəzən insanlar bir birlərini anlamaqda çətinlik çəkirlər və bunun səbəbindən də münasibətlər pozulur. Çünki insanlar o birilərindən özü kimi düşünməyi , istədiyi sözləri eşitməyi, istədiyi dəsti xətlə münasibətləri görmək istəyir və bunlar da olmadıqda konfliktlər yaranır və münasibətlər gərginləşir. Çünki “o birilər bizim kimi düşünmür və yaşamır” anlamı bizə mane olur. Amma bu belə deyil və bütün insanlar biri birindən daxilən və zahirən fərqlidirlər. Fərqli durumlarda olmalarına baxmayaraq, insanların bir biri ilə yaşamasını harmoniya tənzimləyir. Harmoniya qanunları ayrı-ayrı elm və dini qaynaqlardan insanlara hədiyyə edilir. İnsanlar harmoniya qanunlarını inkar edə bilmədiklərinə görə qəbul edir və inanır. Lakin əfsuslar olsun ki, insanlar başqaları ilə münasibətlərdə bunu yaşamırlar.
Misal olaraq baxsaq ki, bizimlə bir həyətdə inək, at, it, pişik və s. heyvan yaşayırsa və bu heyvanların bizə ayrı-ayrı qulluqları olursa və biri o birinin göstərdiyi qulluğu edə bilmirsə onara olan münasibətdə narahatçılığımız və ya “incikliyimiz “ yaranmır. İnəyin etdiyini atdan istəmirik, atın elədiyini inəkdən tələb etmirik, itin öz yeri var, pişiyin öz yeri. İnək süd verir, at isə ot, odun, bizi daşıyır, it həyəti qoruyur, pişikdən isə gəmiricilər qorxur. Hər kəsdən bacardığı tələb olunur. Hər bir heyvanin bacardığı qabiliyyət var və bacarığına görə həyətdə və ya həyatda öz yeri var. Ümumilikdə hər hansı məxluqu götürsək yaranışı, seçimi və varlığı bizdən asılı olmadığından, onun yaşamı və hərəkətləri də bizi narahat etməməlidir. Təbiət qanunlarına uyğun olaraq, həyat hər kəslə yanaşı yaşamda konfliktsiz davam etməlidir.
Əgər münasibətdə olduğumuz hər insanı da hər hansi bir heyvana bənzətsək və o heyvanın bizə hər hansı bir işdə necə kömək etdiyini düşünsək onda insanlara münasibətimiz də dəyişər. Mənim kimi düşünməyən qəbul etmədiyim insanlar mən növ heyvanlardan deyillər. Onları qəbul edə bilmirəm. Amma onların cildinə girib onları anlasan, qəbul edə bilirsən.
Bunun üçün ağıllı ev sahibi olmalısan, başı olan başçı olmalısan. İdarəçilikdə başsız başçı olmaz, olsa da başçılıq ömrü uzun davam etməz. Əgər olursa bu başsızın başsızlara olan başçılığıdır.
Əsl başçı başçılıqda bütün başları qəbul edir, başlara uyğun münasibətlərdə və idarəçilikdə seçilir və başları ağıllı başla müşayət edir. Başı olan başçı, yəni ağlı olan başçı deməkdir. Başlar biri birindən, ağıldan işıq saçan biliklə fərqlənir. Biliyə güc verən və yaşadan qüvvə isə harmoniyadır. Harmoniya şahdırsa, bilik onun qulluqçusudur. Ağıl biliyin sandığı və ya paltarı, baş isə evidir. Harmoniyaya yaxşı qulluq göstərmək üçün evini, paltarını və özünü təmiz saxlamağı bilik unutmamalıdır. Zaman keçdikcə böyüməli və inkişaf etməlidir. Layiqincə harmoniyaya qulluq etməlidir, harmoniyanın yaratdığı qanunları pozmamalıdır. Əksinə onları özündə həkk etməli və yaşatmalıdır. Yaşamaq və yaşamı davam etdirmək üçün harmoniyanın bir hissəsi olmalıdır. Konfliktli həyat ölü həyatdır. Konfliktsiz və harmonik həyat parlaq həyatdır, daimi həyatdır. Beləliklə yaşam və ölüm biliyin ixtiyarındadır. Bacarıqlı istifadə edəcək ya etməyəcək.
Biliyə xeyirli yol arzusu ilə..

P.S. - Şikayət harmoniyanın düşmənidir!

Fərhad Ələsgərov

© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az