Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

YENİ GÜN


Düzgün yolda olan insan hər səhər yuxudan oyanandan yatana qədər həmişə, hər saat həyatda tutduğu öz vəzifə borcu barədə düşünməli və onu əhatə edən insanlara daima sayğılı olmalı və ehtiram saxlamalıdır. Bu ehtiram ən əvvəl ata və anaya, sonra ona yol göstərib bilik verənlərə və böyük varlığa yönəlməlidir. Belə olarsa onda insan həyatı düz yaşamış olar. O hər saat, hər gün, hər il bu barədə düşünməli və heç zaman bunu yaddan çıxarmamalıdır. Əgər o hər zaman bunu düşünürsə onda o həyatını düzgün qurmuş olur. Belə olduğu halda o, bədbəxt və pis həyatdan uzaq olur, təhlükə və xəstəliklərdən özünü qorumuş olur və beləliklə uzun ömür sürərək, həyatından ləzzət alır və gözəl xüsusiyyətli bir şəxsiyyətə çevrilir. Nəzərə almaq lazımdır ki, insan ömrü çox qısadır, sanki gecədən gündüzə keçən vaxt kimi o hər zaman ölə bilər və hər zaman buna hazır olmalı və bu barədə düşünməlidir. Əks halda düşünsə ki, bu gün etmədiyini ertəsi gün edər və ata-anasına, müəllimlərinə qarşılıqlı borcunu verə biləcək, səhv etmiş olur. Çünki bu gün heç vaxt o biri günlə əvəz oluna bilməz. Lakin yaşamını həmin günlə yaşayırsa və sabahkı günü düşünmürsə, yəni valideynlərini, qohum-aqrabasını, əziz insanları sanki axırıncı dəfə görmüş olur. Onda onun münasibəti onlara qarşı səmimi, sədaqətli və ürəyi onlar üçün borc hissi ilə dolu olur.

Amma yaşadığı hər gününü son gün kimi qəbul etmirsə belə insan kobud, acıdil, təhqiredici və s. tipli olur. Əgər o, nadan insana rast gələrsə mənasız bəhslərin qurbanı ola bilər və onun həyatı daima risk qarşısında olar. Hətta vaxtından əvvəl öz həyatını da itirə bilər. Beləliklə borcunu vermədən həyatını dəyişən insanın ruhu narahatlıqlar içərisində olur. Çünki ruh onun bətndə olarkən öz borcunu ödəməmişdir. Mənasız ölümə düçar olmuş adamın qohumları isə həmişə tənələrə məruz qalırlar.

Bu bədbəxtliklər hamısı ondan irəli gəlir ki, insan düşünülməmiş hərəkət edir. Hər sözünü və hərəkətini ölçüb biçmir və mənasız bəhslərə girir. Ona görə də insan özünə qarşı tələbkar olmalı və düzgün həyat tərzi sürməlidir. Yeməyinə, istirahətinə və sağlamlığına da fikir verməlidir. Əks halda insan xəstələnər, xəstəlik isə insanın mənasız həyat sürməsinə gətirib çıxarar.

Insan nəfsinə də qalib gəlməlidir. Zəiflik etsə onda onun tamahkarlığı elə dərəcəyə qalxır ki, başqalarının da malına göz dikir və özündə olanla kifayətlənmir və acgözlük xəstəliyinə düçar olur. Nəfsinin qulu olan insan ölmüş insan kimi sayılır. Belə ölüm öz özünü öldürmək deməkdir. Özünə qəsd isə həmişə böyük günah sayılmışdır. Nəfs üzərində qələbə ən böyük qələbə sayılır. Ona görə də insan öz nəfsinə və ondan doğulan hallara nəzarət etməlidir.

Hər yeni gün gözəl gün.

Fərhad Ələsgərov


© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az