Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Dərəcələrin verilməsi üçün göstərişlər
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

ƏXLAQ

Həyatımızda hər hansı bir bacarıq, sənət və ya bilik üzrə ixtisasını və səviyyəsini artırmaq üçün insan imtahan verməli, attestasiyadan keçməli, tövsiyə və razılıq almalıdır.

Həmçinin Aykidoda tələbələr müəllimin xeyir-duası ilə biliklərində irəliləmək üçün məşq edir, imtahan verir və dərəcə səviyyələrini artırırlar. Tələbənin imtahana buraxılması üçün isə mənəvi və texniki hazırlıq və tələblər lazımdır.

Tələbə məşq edərək, dərslərdə iştirak saatlarını toplayıbsa və texniki fəndlər haqqında biliklərə yiyələnibsə, bu hələ imtahana hazırlaşmağı və hazır olmağı göstərmir. Dərəcə imtahanından keçmək üçün ilk növbədə tələbənin mənəvi keyfiyyətləri tələb olunur. Mənəvi keyfiyyətlər insanda əxlaqı inkişaf etdirir, onu daha humanist edir. Yalnız bu keyfiyyət insanı bu sözün məfhumunun hərfi mənasında digər heyvanlar aləmindən fərqləndirir.

Əxlaq isə öz növbəsində özünə, başqalarına, həmçinin ətraf mühitə düzgün və səmimi davranış münasibəti deməkdir.

Özünüzə münasibət və tələb:
1. Sağlamlıq - Sağlamlığınız haqqında unutmayın və onun qayğısına qalın, o əvəzsizdir, qiymətsizdir. Gigiyenanıza nəzarət edin, məşq etməzdən əvvəl ayaqlarınızı, əllərinizi, üzünüzü, ağzınızı, qoltuqlarınızı yuyun, dırnaqlarınızı kəsin və formanızı təmiz saxlayın. Düzgün təlim sağlamlığın profilaktikası və reabilitasiyasıdır.
2. Zaman - Ən dəyərli şey vaxtımızdır və onu boş yerə sərf etməyin, həmişə ruhunuzu inkişaf etdirməyə çalışın. Məşqlərdə davamiyyətə və nizam-intizama əməl edin. Vaxtınızı həyat və uzunömürlülük biliklərini əldə etməyə yönəldin.
3. Rituallıq - Təlimdə səliqəli, dəqiq və rituallı olun. Əməllərinizə və hərəkətlərinizə fikir verərək, davamlı özünüzdə əxlaqi keyfiyyətləri inkişaf etdirin. Fikrinizi mənfilikdən təmizləyin, münaqişələrdən qaçın və fəzilətli olun.

Başqalarına münasibət:
1. Müəllimə hörmət - Birincisi, texnika ilə yanaşı, həm də mənəvi yüksəliş üçün səy göstərən yaxşı müəllim tapmaq lazımdır. Müəllimə hörmət həm dojoda, həm də dojodan kənarda göstərilməlidir. Onu ayaq üstə salamlamaq lazımdır, tatamidə isə oturaq vəziyyətdə. Yaxşı müəllim qızıldır, hansı ki, bizə həyatı öyrədir.
2. Tələbələrə münasibət - Böyüklərə hörmət edin və kiçik tələbələrə və yeni gələnlərə qayğı ilə yanaşın. Tərəfdaşla ehtiyatlı, qoruyaraq və xəsarət vermədən işləyin. Baxımsızlığınız və əhvalınızın olmaması ilə başqalarını narahat etməyin. Qruplara bölünməmək, ailə olaraq hamı ilə bir olmaq.
3. Cəmiyyətdə münasibət - Harada olursunuzsa olun, ailədə, təhsil müəssisəsində, işdə və ya kollektivin içində, bütün insanlara çox hörmətlə yanaşmalısınız. Heç vaxt unutmayın ki, hamımız eyni mənbədənik və heç kim digərindən üstün deyil.

Ətraf mühitə münasibət:
1. Dojo – Daxildə və dojo ərazisində təmizlik və nizam-intizam qorunur. Yüksək səslə danışmayın, sakit riayət edin və sakin olun. Dojoda icazəsiz foto və ya video çəkməyə icazə verilmir. Dojoya ayaqqabıda gəzmək qadağandır. Bilin ki, dojo evinizin bir hissəsidir, harda ki, bilik əldə edirsiniz.
2. İnventar - İcazəsiz dojo inventarına toxunmaq olmaz, icazə verilirsə, o zaman çox diqqətli və səliqəli davranmalısınız. Əgər təsadüfən dojoda bir şey zədələsəz, çəkinmədən və gizlətmədən onu bərpa etmək, dəyişdirmək və ya töhfə verməklə açıq şəkildə bəyan edin.
3.Dojodan kənarda - Təbiətin qayğısına qalın və bizə həyat verən, sevindirən və öyrədən hər nə varsa qoruyun.

Bu mənəvi-əxlaqi münasibətlər həyatın bütün sahələrində və yerlərində tətbiq olunur: evdə, təhsil müəssisəsində, işdə, səyahətdə və s. yerlərdə, həyat prinsiplərinə sadiq qalaraq. Yalnız bu yolla cəmiyyətdə xoşbəxt, uğurlu, hörmətli, arzu olunan insan ola bilərsiniz. Heç bir texniki və nəzəri bilik sizi şəxsiyyət kimi inkişaf etdirməyəcək, necə ki, əxlaqi-etik davranış və hərəkətlər. Bu əməli biliklər olmazsa, insan maddi-texniki bazasından, vəziyyətindən asılı olmayaraq, cəmiyyət üçün xəstə və arzuolunmaz bir fərd olacaq. Cəmiyyət belə bir insana zorla dözür və ya ondan istifadə edir.

Saleh həyat - gözəl əxlaqdır...

Fərhad Ələsgərov

© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az