Federasiyaya üzvlük nə verir?
• Federasiyaya üzv olmaq vacib və məsuliyyətli məqamdır. Müntəzəm olaraq (ildə bir dəfə) üzvlük haqqı ödəməklə siz Azərbaycan Aykido Federasiyasının inkişafında iştirak edirsiniz. Federasiyanın missiyası aykidonu populyarlaşdırmaq, sağlamlığı yaxşılaşdırmaq və gözlənilən ömür müddətini artırmaqdır.
• Üzvlük haqqı ödəməklə, siz böyümək, inkişaf etmək, Aikido öyrənmək və özünüzə, yaxınlarınıza və başqa insanlara kömək etmək niyyətinizin ciddiliyini açıq şəkildə bəyan edirsiniz.
• Federasiyaya üzv olmaqla nəinki Azərbaycanın, həm də Beynəlxalq təşkilatın böyük komandasının üzvü olursunuz! Həmçinin Azərbaycan Aykido Federasiyası Beynəlxalq Avro-Asiya Aykido Federasiyasının tamhüquqlu üzvüdür.
• Qarşıda sizi ustadlarla və təlimatçılarla üzbəüz görüşlər, ustad dərsləri, festivallar, seminarlar və attestasiyalar gözləyir. Aikido ilə birgə məşq çox birləşdirici və ruhlandırıcıdır!
• İllik üzvlük haqqı ödənilmədiyinə görə sayt sistemi avtomatik olaraq adları siyahıdan çıxarır. Üzvlüyü bərpa etmək üçün baş ofislə əlaqə saxlaya bilərsiz.
|