Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Cədvəl
Aikido Mərkəzinin dərs cədvəli 2017-2018
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç. 24 (m. N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789; (+99455) 7719383;   (+99455) 6923643;
facebook.com/aikidofederation                ; instagram.com/aikido_azerbaijan
aikidao@yahoo.com
Federasiya

Dojo qaydaları və etiketi

DOJO
Dojo - şüurumuzun zənginləşdiyi, bədənimizin isə təmizləndiyi məkandır. Belə yer yalnız qarşılıqlı hörmət, ehtiram, düzgün münasibət və dəstək atmosferinin mövcud olduğu şəraitdə effektiv istifadə edilə bilər. Dojoya daxil olanda hər bir kəsin ürəkdən bu atmosferi qoruyub saxlamağa çalışdığını hiss edəcəksiniz. Bütün neqativ hisslər dojodan kənarda qalmalıdır. Dojoda ənənəvi etiket qaydalarına riayət olunması tədrisin vacib və labüd hissəsi olmaqla yanaşı, ürəkdən icra edilməlidir. Aikido ilə müəyyən müddət məşğul olduqdan sonra, ”Dojo etiketi”nin sadəcə riayət etməli olduğunuz qaydalar və göstərişlər toplusu deyil, həyatı mövqe olduğunu hiss edəcəksiniz. İntizamın xeyirli vərdişlərə yiyələnməkdə alət olduğu kimi, aşağıdakı qeyd edilən müddəalar da ətrafdakılara qarşı müsbət düşüncənin formalaşması və düzgün münasibətin yaranması üçün əsasdır.

TƏZİM

Təzim etmək - minnətdarlıq, təvazökarlıq, itaət bildirməyin bir üsuludur. Eyni zamanda şüuru ixtilafsız vəziyyətə gətirir ki, bu da düzgün təlimin aparılması üçün zəruridir.

Təzim etmək aşağıdakı hallarda mütləqdir:

1. Dojoya daxil olanda və dojonu tərk etdikdə.

2. Hər dəfə tatamiyə daxil olanda və tatamini tərk etdikdə.

3. Hər dərsin başlanğıcında “Şomen”ə (bayrağa) doğru və sonra “Oneqay şimasu” deyərək (yaponca tərcümədə “Özümü Sizə etibar edirəm” deməkdir) təlimatçıya doğru.

4. Hər dərsin sonunda yenidən şomenə doğru, sonra isə “Domo ariqato qozaymaşta” deməklə təlimatçıya doğru və sonda partnyorunuza və bütün tələbə yoldaşlarınıza doğru.

5. Təlimatçıdan hər dəfə məsləhət və yaxud kömək istəyəndə təzim etmək mütləqdir.

6. Sensey ilə görüşəndə və yaxud xudahafizləşdikdə təzim etmək mütləqdir.

TATAMİDƏ

1. Senseyə həmişə hörmətlə yanaşın.

2. Təkcə məşq zamanı tatamidə deyil, kənarda da Senseyə “Sensey”deyə müraciət edin.

3. Yersiz sual verərək təlimə mane olmayın. Sualınız olduğu halda uyğun zamanı gözləyin.

4. Təlimatçı dərs keçdiyi zaman onu çağırıb təlimə mane olmayın.

5. Təlimatçının icazəsi olmadan təlim zamanı tatamini tərk etməyin.

6. Təlimatçı texnikanı nümayiş edərkən və yaxud bir hərəkəti başa salarkən danışmaq qadağandır. Partnyorla məşq edərkən danışmamağa çalışın.

7. Heç vaxt texnika barədə mübahisə etməyin. Həll etməkdə çətinlik çəkdiyiniz probleminiz varsa təlimatçıdan kömək istəyin.

8. Təlim zamanı başqa tələbənin məşqinə mane olmayın. Təlimatçının Sizə kömək edə biləcəyi zamanı gözləyin.

9. Fərdi təlimatlara diqqətlə qulaq asın, təlimatçı sözünü bitirdikdə isə təşəkkür edib, təzim edin.

10. Rəsmi olaraq təlimi aparmayan, yaxud da təlimatçı tərəfindən xüsusi olaraq təlimatlandırılmayan tələbə (qara kəmər sahibləri də daxil olmaqla) müəyyən hərəkətin izah etməyə çalışması düzgün sayılmır. (Yalnız sizin şəxsi partnyorunuz kömək istədiyi vaxt ona məsləhət verə bilərsiniz.) Bu sizin şəxsi inkişafınızın əhəmiyyətli anıdır və ona diqqətlə əməl etmək lazımdır. Başqa qruplarda təlim keçən və ya təlimatçıya kömək edənlər bu göstərişlərə daha məsuliyyətlə yanaşmalıdırlar.

11. Təlimatçı müəyyən bir hərəkəti başa saldıqda, bu hərəkətdən sonra gələn hərəkəti təxmin edib özbaşına onu icra etməyə cəhd göstərməyin.

12. Təlim bitən kimi təlimatçının xakamasını qatlamaq lazımdır. Qara kəmər sahibi məşqdən sonra xakamanı özü qatlamamalıdır. Şəxsi inkişafınız üçün xakamanı düzgün qatlamağa öyrənin.

13. Tatami üzərində rəsmi oturuş qaydası “Seyza”dır. Bu oturuş qaydasının sizə müəyyən fiziki əziyyət verdiyi halda, təlimatçıya müraciət edin və o, icazə verdikdən sonra ayaqlarınızı çarpazlaşdırıb (aqura və ya yarımlotos vəziyyətində) otura bilərsiniz. Təlim vaxtı tatamidə uzanmaq, ayaqları irəli uzatmaq, divara söykənmək qadağandır. Sizin dojoda olmağınızın yeganə səbəbi məşqdir!

14. Təlim zamanı heç vaxt tənbəllik etməyin. Məşq etməli və lazım olduğu halda sakit oturub öz növbənizi gözləməlisiniz.

15. Hər bir yudanşa bir qayda olaraq xakama geyinməlidir.

16. Təlim vaxtı oturmağınızdan və ya ayaq üstə durmağınızdan asılı olmayaraq heç vaxt əllərinizi sinənizdə çarpazlaşdırmayın. Bu özündənrazılığın və şüurun qapalı olduğunun əlamətidir.

17. Tələbələrin məşqinə nəzarət edərək təlimatçı adətən dojonun ön tərəfində dayanır. Asistentlik edən tələbə digər tələbələrə müraciət edərkən təlimatçıya arxasını çevirməməlidir.

18. Təlimatçı və yaxud təlimatçının köməkçisi təyin edildiyiniz halda və hər hansı səbəblər üzündən aidiyyəti qrupda məşq aparmaq istəyinizin olmadığı halda, bunun barəsində təkcə təlimatçıya deyil, bir başa Senseyə məlumat vermək lazımdır.

19. Kyu və Dan dərəcələrinə keçirilən sınaqlarda iştirak etmək hər bir təlimatçının borcudur. Bu tələbələrə mənəvi dəstək verir, onlara başqa yolla əldə edilməsi çətin olan ümumi təəssürat bağışlayır.

20. Senseyin silahına hörmətlə yanaşın, o, “Şomendə” yerləşir. Heç vaxt bu silahdan öz məşqlərinizdə istifadə etməyin!

MƏŞQƏ HAZIRLIQ:

1. Təlim başlamamışdan əvvəl Senseyin fərdi tələbatları haqqında soraqlaşın. Skamya, içməli su, qeydlər üçün dəftər və gələm, silah və yaxud Senseyə lazım olan digər əşyaları münasib şəkildə təqdim edib yerləşdirmək lazımdır.

2. Dərsə gələ bilməyən hər bir yudanşa əvvəlcədən Senseyi xəbərdar etməlidir. Hər bir tələbə isə öz növbəsində gəlməyəcəyi haqqında öz təlimatçısını məlumatlandırmalıdır.

3. Təlimatçı təlimin başlanmasından ən azı 30 dəqiqə əvvəl dojoya gəlməlidir.

4. Tələbə dojoda təlimin başlanmasından ən azı 15 dəqiqə əvvəl olmalıdır.

5. Təlimə gecikdiyiniz halda təlimatçı icazə verənə qədər tataminin kənarında “seyza” vəziyyətində oturub gözləməlisiniz.

6. Təlimin başlanmasına bütün tələbələr tatamidə meditasiya vəziyyətində oturmalıdırlar.

7. Təlimdən əvvəl silahı məşq üçün hazırlayarkən onunla ehtiramla davranın, oyuncaq kimi istifadə etməyin.

8. Məşq etmək üçün başqa dojoya və ya qrupa gəldiyiniz halda, öz təlim tərzinizi başqalarına qəbul etdirməyə çalışmayın. Təlimatçının öyrətdiklərini başa düşməyə səy göstərin.

9. Siz Azərbaycan Aikido Federasiyasının üzvü olduqdan sonra gündəlik həyatda da bu federasiyanı təmsil edirsiniz. Bunu unutmayın və federasiyanı ləyaqətlə təmsil edin!

10. Dojoda saqqız çeynəmək və yemək qadağandır.

11. Dojoya daxil olanda pozitiv əhval-ruhiyyədə olmağa xüsusi diqqət yetirin. Bütün mənfi emosiyalar dojodan kənarda qalmalıdır. Onlara dojonun daxilində yer yoxdur!

12. Üzük, saat və digər bəzək əşyalarını təlim zamanı çıxartmaq lazımdır.

13. Xəstə və yaxud çox yorğun olduğunuz zaman dojoda məşq etməyə çalışmayın.

14. Tatamiyə daxil olduqda bədəniniz, xüsusilə də ayaqlarınız təmiz olmalıdır.

15. Dojoya daxil olanda şüurunuzu təmizləyin. Biliklərinizin kifayət qədər çox olduğunu düşünsəniz, yeni heç bir şey öyrənə bilməyəcəksiniz.

16. Spirtli içki qəbul etdiyiniz halda məşqə gəlməyin.

17. Tələbə heç vaxt növbəti dərəcə sınağı üçün özü müraciət etməməlidir.

18. Attestasiya vaxtı “uke” imtahan verən tələbədən yüksək dərəcədə olmamalıdır.

19. Tədrislə əlaqədar bütün sualları Senseyə ünvanlandırın.

20. Etiket qaydaları ilə əlaqədar qruplarda təlimat mütəmadi olaraq həftədə 1 dəfə keçirilməlidir.

21. Dojoya daxil olduqda ilk növbədə Senseyi salamlamaq lazımdır. Senseyi salamlamadan öncə digər işlər ilə məşğul olmaq və yaxud söhbət etmək qadağandır.

DOJODA VƏ ONDAN KƏNARDA

1. Geyinib-soyunma otaqları, duş kabinələri və tualetlərdə təmizliyə daim riayət edin. Duş kabinələrindən ictimai hamam kimi istifadə etməyin. Yadda saxlayın ki, ətrafınızdakı təmizlik sizi və Senseyi xarakterizə edir.

2. Döyüş sənəti öyrənilən yer qüsursuz olmalıdır. Müəyyən səliqəsizliyi və ya haradasa zibil görərkən, başqasının gəlib təmizləməsini gözləmədən, özünüz təmizləyin və düzəldin. Dojodakı təmizliyi qorumaq təliminizin bir hissəsidir.

3. Dojoya gəldikdə və dojonu tərk etdikdə dojonun ətrafındakı təmizliyə nəzarət edin, dojonun həyətində bitən bitkilərə qulluq göstərin. Dojonuzun qayğısına qalın!

4. Dojonun ofis hissəsi yalnız təlimatçılar üçün nəzərdə tutulur və müvafiq təyinata malikdir. Ofisdən nə isə lazım olduğu halda təlimatçıdan kömək istəyin və ya ofisə keçmək üçün icazə alın.

5. Dojoda olduğunuz halda tatamidə məşq edib-etməməyinizdən asılı olmayaraq, məşq edənlərə hörmətlə yanaşın, sakitliyə riayət edin. Mobil telefonlarınızı söndürün!

6. Qonaqlar dojonun qaydalarına riayət etməlidirlər. Qonağı dəvət edən aykidoçu ona görə məsuliyyət daşıyır.

7. Formanıza və təchizatınıza (silahınıza) hörmətlə yanaşın. Sizin formanız (keykoqi) həmişə təmiz və təravətli olmalıdır. Ken (boken), jo və tantonuz daima yaxşı vəziyyətdə olmalı və örtüdə müşayiət olunmalıdır.

8. Xüsusi başmaqlar məşq formanızın bir hissəsidir. Gündəlik ayaqqabılarla dojonun daxilində gəzmək olmaz, ayaqyalın gəzmək isə qəti qadağandır! Tatamidə, xalçaya çıxanda başmaqlarınızı xalçanın kənarında çıxarın. Bu zaman başmaqlarınızın burnunu səliqə ilə xalçanın əks istiqamətinə çevirin. Əgər kiminsə başmaqları düzgün şəkildə qoyulmayıbsa, düzəldin. Bundan başqa xalçanın kənarında Senseyin başmaqları üçün kifayət qədər yer saxlayın.

9. Dojoda və ərazisində siqaret çəkmək qadağandır.

10. Dojoda kəskin qoxulu ətriyyatdan istifadə etməyin.

11. Dəsmal, qi(forma) və başqa şəxsi əşyalarınızı geyinib-soyunma otağında unutmayın.

12. Tələbələr geyinib-soyunma otağında təmizliyə riayət etməli və tualetdə tualet kağızının, sabunun və s. əşyaların olmasına nəzarət etməlidirlər.

13. Dojonun təmizliyinə təmizlik cədvəlinə uyğun olaraq riayət edin. Növbənizdə təmizlik işlərinin vaxtında görülməsi üçün təlimin başlanmasına ən azı yarım saat qalmış dojoda olun.

14. Heç vaxt öz məktəbinizin və digər məktəblərin təlimatçılarını müqayisə və yaxud tənqid etməyin. Hər bir təlimatçıdan yeni nə isə öyrənə bilərsiniz. Sizin məqsədiniz bunu bacarmaqdır.

15. Başqa dojoya dərs demək üçün dəvət olunmuş hər bir təlimatçı öncə Senseydən icazə almalıdır. Dəvət və yaxud təyin olunmuş təlimatçı öz dojosuna qayıtdığı halda, ilk növbədə gördüyü işlərin nəticələri barədə Senseyə məlumat verməlidir.

16. Heç vaxt kənar adamlarla təlimatçınız və yaxud da dojonuzla bağlı sizdə yaranan mənfi emosiyalar ilə paylaşmayın. Bu nəinki sizin haqqınızda mənfi təəssürat yaradar, həm də Senseyə və dojoya zərər yetirər.

17. Təlimdən sonra təlimatçı bütün pəncərələri bağlamalı, qapıların (ofisin qapısı daxil olmaqla) bağlı olduğunu yoxlamalı, bütün binada (o cümlədən, yuxarı mərtəbələrdə) qaz və işığı söndürməlidir. Duş kabinələrində və tualetdə suyun qapalı olmasından əmin olmalıdır.

18. Senseylə qrup halında və yaxud individual halda şəkil çəkdirərkən səliqəli görünməyiniz vacibdir. Aikidoçu olduğunuzu unutmayın! Etiketi gözləməli və sakit əhval-ruhiyyədə olmalısınız.

Yadda saxlayın ki, foto tarixin bir anıdır!...

© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az