Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Növbətçi qruplar
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç. 24 (m. N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789; (+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

MEDİTASİYA

Meditasiyasız insan kütləşir. Meditasiyasız insan unudur ki, o kimdir və bilmir ki, nə üçün dünyaya gəlib. Belə olduğu halda insan həyatını kor-korana yaşayır və bitirir.

Meditasiya əməlləri, fikirləri və ruhu dərk etmək üçündür. Meditasiya etmək zamana, məkana, pozaya bağlı deyil. Hər bir yerdə və hər bir şəraitdə ola bilər və olmalıdır.

Meditasiya etmək çox sadədir, asandır. Meditasiya bədənin, ağlın, ürəyin harmoniyada birgə olmasına, yaşamına gəlməsi üçündür.

Meditasiya edərkən şüurumuzu təmizləməliyik, məhdud ağıldan çıxmalıyıq, fikirlərimizdən qurtulmalıyıq. Meditasiya sakit və rahat olduqda alınır və olur. Sevgisiz meditasiya alınmır. Sevgisiz heç nə dərk olunmur. Sevgisiz rahatlıq olmur.

Meditasiya etdikdə dərinliyə dal. Meditasiya dərin rahatlıqda və boşalmada çiçək açır, bəhrə verir. Meditasiya zamanı rahatlanmış olsan da diqqətli qalmalısan. Heç nə səni yayındırmamalı, narahat etməməlidir. Meditasiya zamanı səslər, görüntülər, fikirlər itir.

Meditasiya təkcə oturaq və gözü yumulu vəziyyətdə olmur. Meditasiya baxaraq, dinləyərək, fikir söyləyərək, hərəkətdə də ola bilir. Əgər hər nəsə etdiyimizdə, fikirlərimiz yayınıq olmadan, diqqətli, keyfiyyətli, aydın başla və rahat yanaşırıqsa.

Meditasiyaya düzgün tənəffüs ilə başlamaq lazımdır, uşaqlarda olduğu kimi – diafraqmal. Düzgün nəfəs almanı bərpa etməmişiksə meditasiya etmək mümkün olmur. Uşaqlıq vaxtlarına qayıdış, dönüş olmalıdır. Uşaqlıqda olan aydınlığı bərpa etməliyik, işığı yandırmalıyıq.

Meditasiya müdrüklüyə aparan yoldur. Meditasiya daxili dünyamıza səyahətdir. Daxili dünyanın sirlərindən xəbərdar olmaq, istifadə etməkdir. Hikmətlərin içində olan gizli fikirlərin məğzini dərk etməkdir. Həyatda üzləşdiyimiz problemlərin düzgün cavabını, həllini və mənasını bilmək üçündür.

Meditasiya ağlımızı itiləşdirir. Meditasiya ağlı oyatmaq üçündür, ağlın gözünü açmaq üçündür, həqiqəti görmək üçündür, eqodan azad olmaq üçündür.

Meditasiya həqiqəti dərk etmək üçündür. Həqiqəti dərk etmək özümüzü dərk etməkdir. Meditasiya qaranlığı aydınlaşdırır və sirlər bəyan olur, açılır. Meditasiya tənhalıqdır, kütlədən uzaq olmaqdır. İşıq nöqtədən gəlirsə, qaranlıq kütlə ilə gəlir.

Meditasiyanı ətraf mühütdən öyrənmək olar, - heyvanlardan, ağaclardan, dənizdən, dağlardan, buludlardan, uşaqdan. Uşaq doğularkən Təbiət onun beyninə meditasiya proqramı da yazır. Lakin kütlənin yaratdığı “biliklər” uşağın bacarığını qapayır, söndürür. Uşaq böyüdükcə kütlənin təsirinə məruz qalır, kütləşir və təbii qabiliyyətlərini itirir. Kütlə kütlüyü ağlın işığını söndürəndə şizofreniya virusu əmələ gəlir və inkişaf etməyə başlayır. Yalnız meditasiya ilə kütləşmiş ağlı itiləşdirmək olar.

Meditasiya bizim gündəlik hərəkətlərdə, baxışlarda, düşüncələrdə olmalıdır. Gündəlik meditasiya, insanı kamilləşdirir, həyatı aydınlaşdırır, ruhu işıqlandırır. Biz ümumiyyətlə həyatımızı meditasiyada yaşamalıyıq. Yalnız belə olduğu halda biz kamillik əldə edə bilərik.


AOUMN

Fərhad Ələsgərov

© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az