Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

Aikido haqqında

Dahi ustad O-Sensei Morihei Ueşiba


Dahi ustad O-Sensei Morihey Ueşiba

Aikido


Aikido - dahi ustad Morihey Ueşiba ( 1883 - 1969) tərəfindən Yaponiyada yaradılmış döyüş sənətidir. Bu döyüş sənəti Budo ( döyüş sənəti haqqında təlim) prinsipləri və fəlsəfəsi ilə yanaşı samurayların şərəf kodeksinə əsaslanır. Aikido sözü - " Ai - harmoniya, Ki - enerji, Do - Yol " kimi açıqlanır. Aikidoda yarışlar keçirilmir, bu döyüş sənətinin əsas prinsipi "Əsl qələbə özü üzərində olan qələbədir". Bu döyüş sənətində yaş və çəki həddi kimi maneələr yoxdur, buna görə də müxtəlif yaş dövründə olan adamlar (həm uşaqlar, həm də yaşlılar), müxtəlif peşə sahibləri ( tələbələr, işçilər, sahibkarlar, dövlət qulluqçuları , evdar xanımlar) Aikido ilə məşğul ola bilərlər. Silahlı şəxsi zərərsizləşdirmək və şəraitə nəzarət etmək strategiyası Aikidonu hüquq - mühafizə orqanlarının əməkdaşları və hərbi qulluqçular arasında populyar edib. Aikido dünya reytinq cədvəlində 5 ən elit idman növlərinin siyahısına daxildir. Aikidonun məqsədi - şüurun, bədənin və ruhun təlimi vasitəsilə cəmiyyəti daha da sağlamlaşdırmaqdır.
Hal - hazırda Dünya Aikido Mərkəzi Tokyoda, O - Senseyin nəvəsi doşu Moriteru Ueşibanın rəhbərliyi altında fəaliyyətini davam etdirir.\

Mənimsəmə


Aikido vasitəsi ilə insan fiziki və mənəvi cəhətdən inkişaf edir. Aikido döyüş sənətlərinin disiplinini və etiketini öyrədir. Məşq edən insanda iradə və cəsarətlilik xüsusiyyətləri formalaşır. Düzgün qamət düzəlir. Xüsusi texnikalar, tənəffüs üsulları, meditasiya və sağlamlığın qorunması sirləri öyrənilir. Aikido vəziyyətə görə düzgün reaksiyanı, təkbaşına bir neçə adamın hücumlarını dəf etməyi öyrədir. Silahlarla (qılınc, nizə, bıçaq) işləmək bacarığını və müxtəlif özünümüdafiə fəndlərini aşılayır.

Sağlamlıq


Aikido məşqləri bütünlüklə sağlamlığı bərpa edir. Komplekslərdən, streslərdən, nevrozlardan, qorxudan, həmçinin yuxusuzluqdan və artıq çəkidən azad edir. Məşqlər öz - özlüyündə müalicəvi idman hərəkətləridir. Bir müddətdən sonra bədənin elastikliyi və çevikliyi artır, oynaqlar duzlardan qurtulur. Məşqlərin köməyi ilə onurğa düzləşir, əzələlər və vətərlər möhkəmlənir. Nəfəs təlimləri ilə ürək - damar sisteminin fəaliyyəti yaxşılaşır və nəfəs orqanları profilaktik müalicə olunur. Xüsusi hərəkətlər çanaq - bud oynaqlarını möhkəmlədir, maddələr mübadiləsini bərpa edir, vestibulyar aparatı tənzimləyir. Davamlı məşqlər vasitəsilə gözəl görünüşlü bədən forması əldə edilir. Bir sözlə, gözəllik sağlamlıqdan asılıdır.
Aikido sağlam və harmonik ailənin yaranmasına və qorunub - saxlanmasına kömək edir.




© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az