Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Dərəcələrin verilməsi üçün göstərişlər
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

Aikido yaradıcısının bioqrafiyası


1883 - 14 dekabr Vakayama əyalətinin Tanabe qəsəbəsində anadan olmuşdur.

1908 - “Yagü-Ryu Jujutsu” döyüş məktəbində məşğul olur.

1911 - “Dayto-Ryu Jujutsu” məktəbində Sokaku Takeda ustadın rəhbərliyi altında məşq etməyə başlayır.

1919 - Müqəddəs Dequçi Vanisaburo ilə ilk tanışlıq.

1922 - İlk dəfə olaraq “Aiki-Bujutsu” termini səslənir və “Ueşiba-Ryu Aiki-Bujutsu” adlı məktəbi məşhurlaşır.

1927 - Ailəsilə birlikdə Tokyoya köçür və orada Dojo açır. İmperatorun yaxın qohumlarına və Hərbi akademiyanın şəxsi heyyətinə Budo üzrə dərs keçir.

1931 - Tokyoda “Kobukan” adlı Dojo açır. O zaman bu dojonu Ciqoku-Dojo – yəni “cəhənnəm dojosu” adlandırırdılar. Bu dojo gərgin və yorucu məşqlərə görə belə adlanırdı.

1940 - “Kobukai” adlı təşkilat yaranır. M.Ueşibanın təlimi hərbçilərə, zadəganlara və universitetlərdə tələbələrə keçməyə başlayırlar.

1942 - Təlimə "Aikido" adı verilir.

1945 - İvamada Dojo açılır (o vaxdan indiyədək məşqlər açıq havada keçirilir).

1956 - İlk dəfə olaraq Ueşiba tələbələri ilə birlikdə tamaşacılar qarşısında nümunəvi çıxış edir.

1960 - “Aikido” döyüş sənətini yaratdığına görə İmperator tərəfindən mükafata layiq görülür.

1964 - Yaponiya dövləti qarşısında böyük əməyinə görə Ueşiba “Şərəf Ordenı” ilə təltif olunur.

1969 - aprelin 26-da səhər saat 5-də vəfat edir. Ölümündən sonra ona Budo növlərinin Dahi Ustad – “O-SENSEİ” adı verilir.



© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az