Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

Aikido Mərkəzi

1992-ci ildə F. Ələsgərov Azərbaycanda ilk Aikido təşkilatı “Aikido Mərkəzi”ni təsis edir. “Aikido Mərkəzi”nin təbliğatı nəticəsində, Azərbaycanda Aikidoya maraq artmağa başlayır, tələbələrin sayı artır və qruplar yaradılır.

Azərbaycanda inkişaf etdirilən Aikidonu Beynəlxalq aləmdə yeni səviyyədə təqdim etmək üçün, 1994-cü ildə “Aikido Mərkəzi”nin rəhbəri Fərhad Ələsgərov “Azərbaycan Aikido Federasiyası”nın yaradılması təşəbbüsünü irəli sürür.

“Aikido Mərkəzi” AAF-nın təsisçisi və baş təşkilatıdır, iqamətgahı Bakı şəhəri Bala Dadaşov küç. 24 ünvandadır. Məşqlər səhərdən axşama qədər (08.00-20.00) sensei özü və Mərkəzin aparıcı instruktorları tərəfindən qruplarda və fərdi şəkildə yaşa və individuuma uyğun olaraq tədris olunur. Mərkəzdə həmçinin yüksək dərəcəli 2 məşqçi qadın uşaqlar, qadınlar və yaşlılar üçün xüsusi metodika ilə təlimlər keçir. Məşqlər özünümüdafiə fəndlərindən savayı, düzgün nəfəs almaq, meditasiya, sağlamlığı bərpa etmə biliklərini də əhatə edir.

Mərkəz Aikido ustalarının və təlimatçılarının hazırlanması üçün akademiyadır. Burada seminarlar, imtahanlar, leksiyalar təşkil edilir və dostluq görüşləri keçirilir.

Aikido Mərkəzinin yerləşdiyi yer : xəritədə baxın.



© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az