Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

ANTİDOT

Dərman daxilimizdədir! Ancaq biz onu qəfəsə salıb və dərinlikdə gizlədib kilidləmişik. Niyə bu xəstəlik balaca uşaqlara təsir etmir və onlara narahatçılıq vermir? Ona görə ki, dünyaya göz açan uşaqlar həmahəng və təbii olurlar. Nə qədər ki şüurları yoxdur, onlar təbiətin özü tərəfindən, Tanrı tərəfindən qorunur. Şüura gəldikdən sonra, onlar tədricən özləri özlərini qorumalıdırlar. Çünki şüurun inkişafı ilə paralel olaraq Eqo da inkişaf edir. Şüur üstündürsə, eqo ona tabe olur, ancaq əgər eqo üstündürsə, o şüuru idarə edir və şüur ona böyüməkdə xidmət etməyə başlayır. Körpə uşaqda bu olmur. Bu o deməkdir ki, onun qorxusu, incikliyi, istəkləri yoxdur... sadəcə ahəngsizlikdən narahatçılığı var. Onda rahatlıq və düzgün nəfəs olur. Elə dərman da məhz budur. Düzgün həyat yolu budur. Lakin Eqo və onun yaratdığı, bizi doğru yoldan uzaqlaşdırır. İmmunitet zəifləyir və insan maddi nemətləri olan bir məxluqa çevrilir. İmmunitet xəstəliklərə qarşı deyil, immunitet Eqoya qarşı olmalıdır. Qalaktikalar Kainatın daxilindədirsə, kainatlar xaric daxilindədir. Onda bizim orqanizmimiz də onun daxilində olan mikroaləmlər üçün bir kainatdır və hər bir mikroaləmin daxilində onun öz mikroaləmi var. Məsələn, virus adlandırdığımız mikrob, orqanizmimizdəki adi mikroblardan çox kiçikdir. Virus sözünün özü latın dilindən zəhər kimi tərcümə olunur.
Xaricdən orqanizmimizə daxil olan mikroorqanizm aqressiv davranır və yaşamaq üçün yer ələ keçirmək istəyir. Onun aqressiyası bizim orqanizmə təsir edir. Ancaq biz onunla, yəni xəstəliklə, həmahəng olsaq, onu sakitləşdirəcəyik və onun təsirini yumşaldacağıq. Və o, bizim orqanizmin sakinlərindən biri olacaq.
İnsanlar virusdan yox, immunitet çatışmazlığından, xəstəliklərdən, Eqodan ölürlər. Yaşamağınıza mane olan hər bir şeyi atın və qalxmanıza imkan verməyən yükdən özünüzü azad edin. Maddi nemətlərinizi artırmaq barədə düşünməyin. Sizi idarə edən qorxu və narahatlıqdır. Bundan qurtulun, o zaman körpəlikdə nəfəs aldığınız kimi, düzgün nəfəs almağı öyrənə biləcəksiniz.
Sağlamlığınız qayıdacaq və immunitet qalxanı bərpa olacaq. Həm daxilinizdə həmdə xaricinizdə sülh olacaq. Dərman şüurunuzdadır.
Sağlıqla yaşayın.
F.Ələsgərov


© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az