Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Cədvəl
Aikido Mərkəzinin dərs cədvəli
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç. 24 (m. N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789; (+99455) 7719383;   (+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Nəşrlər siyahısına qayıtmaq

ÇAĞIRIŞ

Nəşrin tarixi 02.02.2020
Bölüm Məqalə
Bölümaltı

ÇAĞIRIŞ
Adından, zahiri nümayişlərindən asılı olmayaraq, döyüş növlərinin reallığı hər kəsin şəxsi bacarığındadır. Bu ustalığı əldə etmək üçün həqiqət, etibar, məktəb və ustad olmalıdır.
Döyüş növü insanda bədənin sağlam görünüşünü, düzgün düşüncəni və ruhun inkişafını formalaşdırır.
Döyüş məktəblərində məşğul olan insanlarda cəldlik və cəsarət tələb olunur. Bu növlərlə məşğul olan insanın artıq çəkisi olmamalıdır. Əks halda sürət və cəldlik itir. Döyüş növü nəfsinə qalib gəlmək və özündə olan neqativliklərlə döyüşməyi öyrədir. Əfsuslar olsun bu gün döyüş növləri ilə sağlamlığında problem olan insanlar məşğul olurlar və üzərilərində də işləmirlər. Hətta bunların bəziləri utanmadan və çəkinmədən döyüş növlərini tədris də edirlər. Tənbəlliyi və artıq çəkisi ilə bacara bilməyən insan başqasına nə öyrədə bilər. Atalar demişkən: “əlin yağlıdırsa, sürt öz başına”. Acınaqlısı da odur ki, belə insanlardan öyrənmək istəyənlər də tapılır. Bilmədən və məsləhətləşmədən uşaqlarını, özlərini belələrinə etibar edirlər, yalanlara inanırlar. Axı onlardan nə öyrənə biləcəklər? İnsanların gözü açıq olmalıdır və seçim etməyi bacarmalıdırlar. Əsl ustad görünüşü, davranışı və fəlsəfəsi ilə seçilir.
Sağlam görünüşü olan insanın bel çevrəsi kişilərdə 90, qadınlarda 80 sm-dən çox olmamalıdır. Artıq olarsa deməli bu insanda azı 5 xəstəlik var. Yaponiyada hətta belə insanları işlədikləri şirkətlərdə cərimə edirlər. Döyüş məktəbləri insanların sağlamlığlarının bərpasını təmin edir və özlərini müdafiə etməyinin sirlərini öyrədir. Tarixə baxsaq böyük döyüş ustalarının simasında bunları görə bilərik.
Haqqı eşitmək və qəbul etmək çətindir, amma nə etməli, nə vaxtsa dönüş etmək lazımdır. Bu gündən başlayın, pis fikirləri kənara atın, qidalanmanıza fikir verin, biliklərinizi özünüz üçün istifadə edin, xəstəliklərdən qurtulun. Artıq qurtuluş və dirçəliş zamanı gəlmişdir.
Haydı döyüşə, özünüzlə döyüşməyə başlayın...


Fərhad Ələsgərov

© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az