Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Suallar və cavablar siyahısına qayıd

Fərdi təlimlər qrupda təlimlərdən nə ilə fərqlənir? - CAVAB

Qrupda keçirilən təlimlərdə təlimatçının diqqəti çoxsaylı məşq edənlərə yönəlir, fərdi məşqlərdə isə təlimatçının bütün diqqəti bir tələbəyə yönəlir. Bu da Aikidonu daha dərindən mənimsəməyə şərait yaradır.
Fərdi təlimlərdə siz Aikidonun sirli texnikalarını daha tez mənimsəyir, bu döyüş növünün kamilliyini hiss etmək üçün ilk addımlarınızı atır və ustalıq dərəcəsinə daha tez çata bilirsiniz.
Qrupda məşğul olaraq qısamüddət ərzində Aikidonun bazasını mənimsəmək demək olar ki, mümkün deyil, amma fərdi məşqlər zamanı bu baryeri qısa müddətə dəf etmək olar. Bütün texnikalar daha dərindən incələnir və bu da məşq edənlərə hər bir texnikanı dərindən öyrənməyə imkan verir.
Təlimatçı bütün diqqətini yalnız sizə ayırdığı üçün hər hansı Aikido texnikasının öyrənilməsi zamanı buraxılan səhvlər dərhal düzəldilə bilir.
Aikidonun fərdi təlimlərindən yaşa, köhnə zədələrə, və bir sıra xroniki xəstəliklərə baxmayaraq hər kəs faydalana bilər.
Fərdi təlimlərin əvəzolunmaz xüsusiyyətlərindən biri də təlimlərin sizin vaxtınıza uyğunlaşdırılmasıdır, təlimatçı bütün diqqətini sizə ayırır və təlim zamanı məşqin yükünü düzgün bölərək sizi yorulmaqdan qoruyur.

© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az