SU
Su ən yumşaq və ən uyğunlaşan maddədir. Hər yerə nüfuz edə bilir və birləşərək istənilən formanı alır. Daşları yonur və bərk şeyləri məhv edir. Heç kim və heç nə ona müqavimət göstərə bilmir, lakin o, həm də özünü məğlub etməyə imkan verir. O bizə həyat verir və bizi ətrafımızdakı dünya ilə əlaqələndirir. Onsuz yer üzündə həyat olmazdı. Bütün canlı orqanizmlər sudan istifadə edir və ondan asılıdırlar, həm də daha çox sudan ibarətdirlər. Yer kürəsi də daha çox faiz sudan ibarətdir. Təbiətdə o, üç vəziyyətdə mövcuddur: buz formasında bərk, su kimi maye və buxar şəklində qaz. Onun nə dadı, nə qoxusu, nə də rəngi vardır. O olmasaydı, Yer cansız qalardı. Su ən qiymətli maddədir.
Su atmosferdə buludlar şəklində hərəkət edərək, Yer kürəsini əhatə edir. Yer kürəsini Günəşin istisindən qoruyur, həyat üçün əlverişli iqlim yaradır, Günəşin məhvedici şüalarından müdafiə edir. Atmosfer istixana effekti yaradır və həyat üçün lazım olan temperaturu saxlayır. Günəşin istiliyindən buxarlanan su bulud şəklində toplanır, burada buludun içindəki molekulların reaksiyaları buludları hərəkətə gətirən, küləklər və şimşəklər yaradan enerji yaradır. Təbiət qanununa görə, istilik buxar şəklində yuxarı qalxır, soyuduqda isə Yerin cazibə qanununa tabe olaraq buz kütlələri şəklində aşağı düşür. Yerə yaxınlaşdıqda, isti yerlərdə yağış damcılarına, soyuqda isə qar dənəciklərinə və doluya çevrilir. Dövr davamlı olaraq yuxarı və aşağı davam edir. Təbiətdə suyun dövranı daimidir.
İlk canlı orqanizmlər suda yaranıb. Orqanizmlər o qədər inkişaf etdilər ki, bəziləri quruya çıxaraq, sudan kənarda yaşamağa başlamışlar. Yer üzündəki həyat yaşayış mühitinə və şəraitə uyğun olaraq, inkişaf edərək, öz forma və növlərini əldə etmişdir. Yaşayış yerləri həmişə yalnız təbii mənbənin axdığı yerdə yaranmışdır. Su olmadan həyat mövcud ola bilməz. Nəm olan yerdə həyat var. Əgər qurudulmuş torpağı nəmləndirsək, tezliklə yaşıllaşacaq və şitillər görünəcək. Su, həyatın dəstəklənməsi funksiyasını yerinə yetirir, onsuz bitki quruyur. Amma onu sulayanda, o yenidən canlanır. O, əvəzolunmazdır və hər hansı bir həyat formasını dəstəkləyir.
Dünyanın heç bir yerində eyni su yoxdur. Su, torpağın titrəyişlərini və onun bioloji və enerji xüsusiyyətləri haqqında məlumatları özünə götürərək, minerallar və süxurlardan keçərək səthə çıxır. Təbiətdə çaylar və arxlar həmişə hamar bir şəkildə əyilmiş yatağın boyunca təbii quruluşunu qoruyaraq axır. Lakin su təchizatı sistemi vasitəsilə yüksək təzyiqdən istifadə edərək yüzlərlə kilometr daşınan su dəfələrlə düzbucaqlı xətlərdə dönür və onun molekulyar quruluşu getdikcə daha çox məhv edilir. İnsan çox güman ki, təmiz təbii su ilə süni təmizlənmiş su arasında çox fərq hiss etməyəcək. Hər hansı bir heyvan isə həmişə mənbə suyunu seçəcək, çünki bu su təbii enerjilərlə doymuşdur.
Suyun yaddaşı var. O, hər hansı bir təsiri hiss edir və özündə həkk eyləyir. Ətrafda baş verən hər şeyi yaddaşında saxlayır. Sevgi suyun enerjisini artırır və sabitləşdirir, aqressiya isə onu kəskin şəkildə azaldır və dəyişdirir. Lakin daha güclü təsir, minlərlə ev və mənzillərdən keçərək kilometrlərlə borularla axan suda toplanan informasiya çirklənməsindən baş verir. Biz suyu həmçinin ruhən də çirkləndiririk, paxıllıq, qəzəb, stress və s., bütün bunları da su özünə götürür. Belə su bədənimizə daxil olanda onda nə enerji, nə də həyat olur. Bu cür su ölüdür.
Amma onu da unutmaq olmaz ki, insan orqanizmi sudan ibarətdir. Dua oxuyaraq, meditasiya edərək, içinizdəki pis suyu vibrasiya ilə düzəldə bilərsiniz. Təsadüfi deyil ki, yeməkdən əvvəl dua oxunur. Süfrəyə oturarkən çox yaxşı əhval-ruhiyyədə olmalı və nəbadə sizinlə aqressiv və qəddar insanlar olmamalıdır. Əks halda bu, sağlamlığınıza birbaşa dağıdıcı təsir göstərəcəkdir. Dua sadəcə söz deyil, imanın gücü ilə işləyir. Dua xəstələrin sağalmasına təsir edir. Mübarək su xəstə heyvanları və ya ölən bitkiləri bərpa etmək üçün istifadə olunurdu. Əgər insana müsbət yüklü su verilərsə və orqanizm bu məlumatları mənimsəyərsə, bu, insanın vəziyyətini dəyişə bilər.
Neqativlik suyun yaddaşında dəyişikliklər edə bilər. Bu cür su hətta sakit insanlarda belə aqressiv hal yarada bilər. Şər, qarşılıqlı təsir baxımından, qəribə də olsa, daha asan və sadə şəkildə həyata keçirilir. Bu, insanın xüsusi həssaslığı ilə bağlıdır ki, neqativi həmişə daha kəskin qəbul edir. Laqeydlik, nifrət, qəzəb və hətta qıcıqlanma yalnız qarşıdakı insana dağıdıcı təsir göstərmir, həm də əks təsirə malikdir. Mənəvi baxımdan düşüncə səviyyəsində mənfi fikirlər göndərənlər, öz bədənlərinin 70-80 faizini təşkil edən suyunu çirkləndirirlər və mənfi yüklənirlər. Fikirlərə gündəlik nəzarət çox vacibdir. İnsanın etdiyi hər bir şey təkcə özünə deyil, digər insanlara və bütün Kainata təsir edir.
Kainat sistemi mükəmməl bir orqanizm kimi mövcuddur. Onun bütün hissələri, o cümlədən biz və Yer kürəmiz böyük informasiya axınları ilə ayrılmaz şəkildə bir-biri ilə bağlıdır. İnformasiya mübadiləsi mexanizmində planetimizdə əsas rolu su oynayır. Əslində, bütün təbiətin idarəsi onun vasitəsi ilə olunur. Məsafədən asılı olmayaraq, su və suyun buxar halında olduğu hava vasitəsilə insanlar arasında ünsiyyət qurula bilər. Onlarla eyni dalğaya köklənməklə siz əlaqə yarada və məlumat ötürə bilərsiniz.
Ətraf mühitlə əlaqə yaratmaqla insan hava şəraitinə də təsir edə bilər. Bu, şişirtmə deyil və təsadüflər də olmur. Əgər o, xeyirxah əməllərlə bal toplayıb və düzgün düşünürsə, onda ağlın düşüncə enerjisinin gücü və bircə arzusu ilə təbii mexanizmə təsir edə bilər. Şübhə yoxdur ki, sistem qeyri-sabit vəziyyətdə olduqda, qeyri-sabitlik mərhələsində yalnız düşüncənin hərəkəti kifayətdir ki, sistem dəyişməyə başlasın.
İnsan nə edirsə, əməllərinin və fikirlərinin nəticəsi olaraq özünə qayıdır. Dünyadakı bütün problemlər, sunamilər, qəribə hava hadisələri, terrorizm və ya qorxular insanların sağlamlığının pisləşməsi, eləcə də suyun çirklənməsinin nəticəsidir. Su təbiətdə, düşüncələrimizdə, hərəkətlərimizdə, duyğularımızda baş verən hər şeyi yaddaşına götürür. İnformasiya çirkləri suyu zəhərləyir, yaddaşında toplanır. Bu proses sonsuza qədər davam edərsə, o zaman su dəli ola bilər. Amma ona təmizlənmə xüsusiyyətləri verilib. Bu, əsas keçid zamanı baş verir, nə vaxt ki, su buxarlanaraq kondensasiya olunur və yağış kimi yağır. İnformasiya çirkini özündən ataraq, su orijinal quruluşunu və həyat proqramını saxlayır.
O yerlərdə ki, kobud sözlər və ifadələr səslənir bəlalar baş verir. Sevgi və minnətdarlıq olan yerdə isə bərəkət olur. Hər şey suda başlayır və suda da bitir. Su təmizləyir və dəstəmaz vasitəsilə insanın yaradanla əlaqəsinə vasitəçidir. Dünya Mütləq varlıq tərəfindən yaradılmaşdır, başlangıc olaraq mövcud olan hər şeyi və onun bütün maddi təzahürlərini yaratmışdır. Hər birimizdə ilkin okeanın suyunun bir zərrəsi var. Bizim hər bir sözümüz bir damla su kimi, düşüncə daşıyıcısı və məlumat mənbəyidir. Bunun üçün isə biz Mütləq varlıqa sevgi və minnətdarlıqla ödəməliyik.
Sağlam və rahat olmaq üçün su kimi davranın.
Fərhad Ələsgərov
|