Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Dərəcələrin verilməsi üçün göstərişlər
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

QAN

Zen

QAN

Qan insan orqanizmində həyat gücünə malik ən sirli maddədir. Bədəndə o təxminən beş litrədir və əgər onun yarısını itirsək, həyat dayanacaq. Rəngi qırmızı, metal dadı verir, maye şəklindədir, lakin su deyil. Bu çox qiymətli bir mayedir. Bədənimizin istiliyini tənzimləyir və bütün bədəni enerji ilə təmin edir. İnsanın bütün orqanları qana xidmət edir və qan da öz növbəsində bədəni balanslı şəkildə qidalandırır və qoruyur. Qanın vəziyyəti bədənimizin vəziyyətini müəyyənləşdirir və sağlamlıq və uzunömürlülük ondakı tarazlıqdan asılıdır.

Qan oksigenlə qidalanır və bizə həyat verir. Oksigensiz o tünd və qatı, lakin qan oksigenlə doyduğu zaman al rəngə boyanır və incələşir. Bunlar qanda yaşayan, işləyən, ölən və doğulan qırmızı hüceyrələrdir. Onlar hər nəfəsalmada havadan oksigeni ayırır, bununla yüklənir və bədənə həyat üçün enerji aparırlar. Biz əzələlərin hesabına hərəkət edirik və əzələlər üçün qida qırmızı qan hüceyrələri tərəfindən daşınan oksigendir. Əzələlərdə kifayət qədər oksigen olmadıqda isə onlar yorulur və yavaşlayır. Yorğunluğun olmaması üçün, hərəkəti tənəffüslə uyğunlaşdırmaq lazımdır. Lakin çəkisi artıq olan insanlar üçün bu çətin olur, çünki bədəndə oksigenlə qidalanmalı olan əzələlərin həcmi artmışdır. Əzələlərin tıxanması və ya gərgin olması isə işi daha da pisləşdirir. Ondan pisi isə nə vaxt ki, ağciyərlərimizdə tıxaclar və ya xəstəliklər əmələ gəlir və qan tamlıqla orda ola bilmir və oksigenlə qidalanmır. Ümmiyyətlə insan qeyri-sağlam həyat tərzi sürdükdə tez qocalmağa başlayır. Belə olduqda isə ürəyin və ağciyərlərin imkanları məhdudlaşır və bədənə lazım olan oksigenin miqdarı azalır. Bunun qarşısını almaq üçün xüsusi bir tənəffüs üsulundan istifadə edərək qandakı qırmızı hüceyrələrin sayını artıra bilərik. Bu isə, öz növbəsində bizə bədənimizin fiziki hazırlığını və imkanlarını təkmilləşdirmək imkanı verəcək və cavanlaşdıracaq. Oksigen bizim üçün həyatdır.

Qanın ikinci tərkibi, qırmızı hüceyrələrdən başqa, sarımtıl sulu mayedir və qanın yarıdan çoxunu təşkil edir. Bu maye bədənimiz üçün qida yanacağıdır. Yediyimiz qidalardan çoxlu maddələri udur və onları əzələlər üçün, yeni toxumaların və dərialtı piy qatlarının yaradılması üçün enerjiyə çevirir. Beləliklə, necə olmaq və necə görünmək özümüzdən, yəni nə yeməkdən, nə vaxt yeməkdən, necə yeməkdən və nə qədər yeməkdən asılıdır.

Qan həmçinin bədənin qorunmasında da rol oynayır. Bununla qanda olan ağ hüceyrələr məşğul olur. Onlar orqanizmin immun sisteminin əsas elementidir. Bədən hər hansı bir zədə və ya infeksiya olan bölgəyə ağ hüceyrələri daşıyan qan axınını artıraraq cavab verir. Onlar həmçinin viruslar, göbələklər və bakteriyalarla da mübarizə apararaq, onları yeyir. Onlar fiziki və zehni stressə reaksiyaya cavabdehdirlər, və əvvəlcədən hiss edərək, immunitet sistemini səfərbər edir, tez bir zamanda qarşıdurmaya hazırlaşırlar.

Qanda həmçinin tikinti və təmir-bərpa hüceyrələri də mövcuddur. Qan damarları zədələndikdə, zədələnmiş hissədə qanı laxtaladaraq, damardan qanın axmasını dayandırırlar və həmin yeri bərpa edirlər. Əgər belə olmasaydı, o zaman qan tamamilə yaralardan axıb çıxardı və nəticə qaçınılmaz olardı.
Qan damarlardan çay kimi axır və günəş ətrafında planetlər kimi bədəndə hərəkət edir. Damarlar bədən quruluşunun bütün hissələrini əhatə edir. Qan bədənin hər hansı bir orqanına və hüceyrəsinə çatır, oraya oksigen və qida daşıyır. Damarlar tıxandıqda və ya qan oksigenlə doymayaraq qatılaşdıqda, bədəndə zəif dövr etməyə başlayır, bu da aşağıdakı simptomlara səbəb olur:
zehni və fiziki işdən sonra baş ağrısı;
baş və qulaqlarda səs;
əllərin və ayaqların soyuması, uyuşması və iynə batırılması hissi;
qıcolmalar, huşu itirmələr;
iş fəaliyyəti səviyyəsinin azalması;
əzələ zəifliyi və yorğunluq;
diqqətsizlik, yuxu pozuntusu, yaddaşın zəifliyi;
qabarıq damarlar;
dərinin solğun və ya mavi rəngdə olması.


Passiv həyat tərzi, neqativ fikirlər və streslər nəticəsində qanda balans və bədəndə elastiklik pozulur və insanda bu səbəblərdən bütün problemlər və xəstəliklər əmələ gəlir. Belə simptomlardan və xəstəliklərdən xilas olmaq üçün daima düzgün gimnastika, özünü masaj və nəfəs alma ilə məşğul olmalısınız. Yaşından asılı olmayaraq daim öz üzərinizdə işləməklə qan cavanlaşmağa başlayır və həyat yeni axınla istiqamət alır. Gəncləşmiş qan bədənimizi cavanlaşdırır və xəstəlikləri aradan qaldıraraq, bizi aktivləşdirir. Qana təsir etməklə biz daha gənc, güclü və sağlam ola bilərik.

Qan bədənimizin həyati eliksiridir.

Fərhad Ələsgərov

© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az