Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Dərəcələrin verilməsi üçün göstərişlər
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

AİKİDO

Zen - Aikido

AİKİDO

Ai – Sevgi

Aikido – sevgini və rahatlığı öyrənmək sənətidir. Sevgidə bədən ətraf mühitlə, ruhla, hərəkətlə əlaqə qurur. Həmçinin İn və Yan, eləcə də insanın Kainatla əlaqəsi yaranır. Sevgi hər şeydir. Sevgidə zorakılıq yoxdur, yalnız sevinc var. Sevginin, hərəkətin, rahatlığın sevinci. Hərəkətlər rahatlıqla ifa olunmalıdır. Yalnız düzgün hərəkətdə rahatlıq olur. Əgər məşq edərkən həddən artıq yüklənirsinizsə və ya yorulursunuzsa, deməli səhv məşq edirsiniz və səhv hərəkətlər edirsiniz. Heç vaxt tələsməyin: nə sevgidə, nə təhsildə, nə işdə, nə yolda, nə də döyüşdə. Həmçinin birinci hücum etməyə və ya zərbə vurmağa da tələsməyin. Narahat olmayın və həyəcandan və ya qorxudan da titrəməyin. Düzgün və rəvan nəfəsalmaqla, həyat yolunu sakitliklə yaşayın. Axı bizim bir həyatımız var. Enerjinizi boş yerə sərf etməyin və onu missiyanın yerinə yetirilməsi üçün qənaət edin. Ən azından insanlara yaxşılıq etmək lazımdır. Yaxşı işlər isə tələsik edilmir. Əvvəlcə nəfəs alın, sonra bir addım, bir hərəkət və ya texniki fənd edin, sanki rəqs edirsiniz. Texniki ifalar ağrı və ya zədə ilə müşayiət olunmamalıdır. Onlar qarşılıqlı sevinc hissi oyatmalıdırlar. Əks halda bu Aikido olmayacaq, bu cəhalət olacaq.

Ki – Həyat

Aikido sevgidən əlavə bizə həyatı, nəfəs almağı və daxili gücə nəzarət etməyi öyrədir. Bizə həyat və azadlıq bəxş edər. Addım-addım irəli getməli və qul tələskənliyi ilə ağıl qabını zəlil etməməlisiz. Yavaş və rəvan bir şəkildə gəzin, ahəngdar şəkildə nəfəs alın və nəfəs verin. Dünya bu ritmdə yaşayır və hər şey sizdən asılıdır, bu ritmdə yaşamaq və ya yaşamamaq, azad olmaq və ya olmamaq. Yer üzündə, Kainatda donmuş formalar yoxdur. Enerji hərəkətsizlikdə və hərəkətdə olan hər şeydə və həmişə hərəkət edir. Enerji həyat verir və yaşadır, o, hər yerdə və hər şeydədir. O, insanın, daşın, heyvanların, bitkilərin, suyun, odun, torpağın, havanın, metalın, ulduzların, kosmosun daxilindədir. Kosmik enerji insana hava ilə daxil olur. Zaman zaman təbiətdə olun və təmiz və enerji dolu hava ilə nəfəs alın. Yol tutmuş bir insan üçün bütün orqanları və zərrəcikləri üçün bu enerji lazımdır. Lakin yüz dəfə səhv nəfəs almaqdansa, bir dəfə düzgün nəfəs almaq və nəfəs vermək daha yaxşıdır. Azad insan kimi sərbəst nəfəs alın. Düzgün nəfəs almağı və qidalanmağı öyrənin. Qida da enerjidir, onu düzgün və qədərində qəbul edin. Hər mövsümün öz yeməkləri var, həmçinin istidə və soyuqda da. Aclıqla və ya həddindən artıq yeməklə özünüzə işgəncə verməyin. Arıq və ya kök olmaq da bir xəstəlikdir. Yeməyinizi sevinclə və tələsmədən yeyin. Özünüzü, orqanlarınızı, hissəciklərinizi hiss etməli və onlarla ünsiyyət qurmağı, onları başa düşməyi və onlara qayğı göstərməyi öyrənməlisiniz. Həyatınızı davam etdirmək üçün ehtiyac duyduğunuz yerlərə enerji toplayın. Təbiətlə uyğunlaşaraq və bu enerjini necə idarə edəcəyinizi bilməklə, siz yağış və ya günəşi çağırmağı bacaracaqsınız. Nəfəs almadan nəfəs almağı, vurmadan vurmağı, heç kimə pislik istəmədən bir baxışla məhv etmək biliklərini öyrənə biləcəksiniz.

Do – Yol

Aikido həqiqətə aparan yoldur və insana həqiqətin özünə çevrilməsinə kömək edir. Boş, kobud və nalayiq sözlərin kirləri ilə nəfəsinizi çirkləndirməyin. Boş həyat və nadanlıqla nəfəsi təhqir etməyin. Nəfəsinizi Kainatın nəfəsi ilə birləşdirin. Nəfəs alırsınız və Kainatın enerjisi sizin içinizdə köpürməyə başlayır və həyat enerjisini verir.

Aikido incəsənətdir, orada zaman və yaş rol oynamır. Nəfəs almağa elə indi başlayın. O zaman sizin üçün yeni həyat açılacaq. Ətrafınızdakı hər şeyi hiss etməyə və düzgün anlamağa başlayacaqsınız. Düzgün fəaliyyətlərlə bədəninizin ətrafında qoruyucu sahə yarada biləcəksiniz. Zərbəsiz zərbə, hərəkətsiz hərəkət etmək, döyüşmədən döyüşmək, döyüşmədən qalib gəlmək və insan bədəninin quruluşunu necə dəyişməyi bacaracaqsınız. İnsanların düşüncələrini görməyi və oxumağı öyrənəcəksiniz.

Aikido yeni biliyin və şüurun sevincinin doğuluşudur. Bu, yeni nəsil üçün lazımdır, dərk etsinlər ki, həyat bir-birini əvəz edir və hər bir sonluqdan sonra başlanğıc gəlir. Yeni həyatlarda və yeni dünyalarda həyat.

Aikido azadlığa aparır. Əsl azadlıq sevgi, şəfqət, müdriklik, güc, imandır. Cahiliyyət zülmətində gedənlərə kömək etmək, insanı qula çevirmədən ruhunu anlamaq.

Aikido ona görə lazımdır ki, insanı döyüşçü etsin, zəifləri gücləndirsin və ailəsini, namusunu, rahatlığını qoruya bilsin, həqiqəti görsün. Saf şüuru olan döyüşçü özünə qalib gəlir, özü kimilərini də yetişdirir. O, bütün dünyanın cəhalətdən, onların zülmət biliklərindən qoruyucusu olur. Yalnız təmiz şüur və saf ağıl qalib gəlir. İnsanlar şüuri aydınlıq əldə etməyincə, başqalarının biliyi qarşısında zəif olacaqlar.


Aikido - həyatı sevgidə yaşamaqdır...

Fərhad Ələsgərov

© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az