Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

Azərbaycanda Aikido

Azərbaycanda Aikido 1990-cı ildə sensei Fərhad Ələsgərov tərəfindən yaradılmışdır. 1992 ci ildə o, Aikido Mərkəzini yaratmış, 1994 cü il 13 iyulda isə Azərbaycan Aikido Federasiyasını (AAF) Ədliyyə Nazirliyində qeydiyyatdan keçirmişdir. Bu günkü günə kimi 10000 artıq adam Federasiyanın üzvü kimi qeydiyyatdan keçmişdir.

Sensei Ələsgərovun rəhbərliyi altında instruktorlar Aikido Mərkəzində uşaq, qadın, yeniyetmə, böyüklər qruplarında təlim keçirlər. Qadın, məktəbəqədər və eləcə də ailəvi qruplarda təlim keçmək üçün xüsusi metodika, və qadın instruktorlar hazırlanıb.

Sensei Fərhad Ələsgərov Federasiyanın texniki direktoru kimi hər il seminarlar keçirir. Davamlı olaraq Kyu və Dan dərəcələrinə imtahanlar qəbul edir və diplomlar verir. İnstruktorlar üçün attestasiya keçirir və dərs demək üçün lisenziya verir. Federasiya tərəfindən verilən lisenziya və diplomlar Azərbaycanın dövlət strukturları tərəfindən və xaricdə tanınır. Bu günə qədər Sensei Ələsgərov Federasiyanın bir çox tələbələrini müxtəlif Dan dərəcələrinə hazırlayıb və attestasiya edib.

Azərbaycan Aikido Federasiyası Dünya Aikido Mərkəzi – Aikikai (Tokio, Yaponiya), və ABŞ, Avropa, Asiyanın beynəlxalq aikido təşkilatları ilə əməkdaşlıq edir. AAF öz fəaliyyətini Aikidonun Azərbaycanda inkişafına və xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə yönəldir.

Azərbaycana yaxın və uzaq xaricdən tanışlıq və praktika üçün aikidoçular gəlirlər. Azərbaycan Aikido Federasiyasının tələbələri də xarici ölkələrdə keçirilən beynəlxalq seminar və festivallarda aktiv iştirak edirlər.

Yaponiya höküməti Azərbaycanda Aikido döyüş növünü inkişaf etdirdiyinə görə Federasiyaya tatami və avadanlıq hədiyyə etmişdir.

Azərbaycan Aikido Federasiyası Dövlət qurumları ilə əməkdaşlıq edir. Azərbaycan Aikido Federasiyası Azərbaycan ərazisində Aikidonu yayan ilk ictimai təşkilatdır. Azərbaycan Aikido Federasiyası həm paytaxtda, həm də digər şəhərlərdə dövlət və ictimai tədbirlərdə çıxışlarla iştirak edir.

Sensei Ələsgərovun rəhbərliyi altında dağlıq Qafqaz zonasında və digər regionlarda məşq bazalarının yaradılması ilə bağlı işlər aparılır.

Azərbaycan Aikido Federasiyası bütün tədbirlərdə “Millətin Sağlamlığı” proqramı ilə çıxış edir.

Qeyd etmək istərdik ki, 30 ildən artıq vaxt ərzində xeyli uğurlar əldə edilib, və bunların hamısını bir məqalədə qeyd etmək çətin olardı. Aikido artıq Azərbaycanda inkişaf edib və günbəgün daha da populyar olur.

Bizim haqq yolumuz davam edir....

© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az