Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

UZUNÖMÜRLÜLÜK

Bu, bir insanın uzun müddət yaşadığı və ömrünün sonuna qədər gənc bir orqanizm olaraq sağlam bir vəziyyətidir. Həyatın bu enerjisi Kainatın insana təxminən 1000-1500 il müddətinə hədiyyəsidir. İnsan həqiqət kitablarının qanunlarına əməl edib, düzgün həyat tərzi sürsə idi...
Müasir dövrdə insanın enerjisi əsasən məktəbdə oxumağa başlaması ilə yanmağa başlayır. Dərslərə həddindən artıq çox vaxt sərf edilir, istirahətə vaxt qalmır. Uşaqlar parta arxasında çox otururlar və bəzən uzanmağa imkanları olmur, ev tapşırıqlarını yerinə yetirirlər, məktəbdə əlavə dərslərə qalırlar, repetitorlarla məşğul olurlar. Bundan yuxu və qida rejimi pozulur.
İstirahət təhsil ilə növbələşməlidir, uşaqlar daha çox istirahət etsələr yaxşıdır. Qədim dövrün ağıl sahibləri təhsilə sutkada bu qədər vaxt sərf etmirdilər.
Uşaqlar məktəbə ağır dərslik çantası daşımamalıdırlar. Uşaqların skelet-əzələ strukturu 2 kiloqramdan çox ağırlıq götürməyə hazır deyil.
Bəs valideynlərin yaxşı qiymətlər üçün uşaqlara təzyiqi? Təzyiq gərginlik yaradır, imkan verin uşaqlar özləri bərkisin.
Bütün bunlar nə üçündür? Ali məktəbə qəbul olmaq üçün?. Bəs bu nə üçündür? İş tapıb, özünü maddi “nemətlərlə” təmin etmək üçün?. İnsan həyatında pillə irəliləyişinin bütün sahələrində, onu həyacan və stress müşayiət edir. Bundan insan xəstələnir, depresiyaya, apatiyaya düşür, düzgün nəfəs alma itir və s. Bu da öz növbəsində həyat enerjisinin böyük bir hissəsini alır. Bu nəyə lazımdır və nəyin xatirinədir? Həyatını yandırmaq üçün? Maddi hərisliyin qulu olmaq?
Valideynlər, hər şeydən öncə, valideyn olmamışdan uşağı necə düzgün tərbiyə etməyi bilməlidirlər. Onların borcu uşaqlara tək qida, geyim və təhsil vermək deyil. İlk öncə uşaqlara həyat Yolunu, yəni davranış normalarını öyrətmək lazımdır: qarşılıqlı münasibətlər, intizam, səliqəlilik, nəzakət, təmizkarlıq, dürüstlük, cəsarət, dinləmə qabiliyyəti və s.. Əgər valideynlər bunu etməyi çatdırmırlarsa, onda uşaqlarına Yolu öyrədən yaxşı müəllim tapsınlar. Belə müəllim tapmaq da asan olmur.
Bilmək lazımdır ki, uzunömürlülüyün Yolu uşaqlıqdan başlayır. Valideynlərin məsuliyyəti uşaqlarının sağlam böyüməsinə və onların enerjilərinin qorunmasına şərait yaratmaqdır.
Sağlam cəmiyyətin olması və belə cəmiyyətdə yaşamaq hamının arzusudur. Yalnız sağlam cəmiyyətdə artım, inkişaf və uzunömürlülük ola bilər. İnsanlar "Millətin sağlamlığı", "Uzunömürlülük" proqramlarının iştirakçısı və təbliğatçısı olmalıdırlar.
İlk növbədə, məktəblərdə təhsil vaxtını 3 saata qədər qısaltmaq, lazımsız fənnləri azaltmaq və yalnız vacib fənnləri keçmək lazımdır, əlavə fənnlər şağirdin istəyi ilə seçilməlidir. Məktəbdə və Ali təhsil ocaqlarında təhsil insanın düşünə bilməsi, təhlil edə bilməsi və həyatda düzgün cavabları tapa bilməsi üçün lazımdır.
Belə bir proqram milləti savadsızlar kütləsindən azad edəcək, xəstələnmə və xəstələrin sayı azalacaq və bu da o deməkdir ki, çoxsaylı xəstəxanalara və apteklərə ehtiyac olmayacaqdır.
Yaxşı olardı ki, insanlar iş vaxtı ilə özlərini çox yükləməsinlər və ailəyə, idmana, səmərəli işlərə də vaxt ayırsınlar. Lakin idman və qida, uzunömürlülüyə aparan yolda əsas sayılmır. Uzunömürlülüyə aparan Yol əsasən nəfəs, meditasiya və rahatlıq ilə müşayiət olunur, qalan şeylər isə əlavədir.
Hamınıza xoşbəxt həyat arzu edirəm!
Fərhad Ələsgərov

© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az