Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Nəşrlər siyahısına qayıtmaq

25 il Aikido Azərbaycanda

Nəşrin tarixi 14.01.2016
Bölüm Tədbirlər
Bölümaltı Azərbaycanda

2015 ci ili Azərbaycan Aikido Federasiyası Aikidonun Azərbaycanda 25 illiyi kimi qeyd etmişdir. Keçirilmiş bütün tədbirlər bu əlamətdar tarixə həsr olunmuşdur: mart və dekabr aylarında keçirilmiş Respublika seminarları, aprel ayında Oğuzda, iyulda Şəkidə Regional seminarlar və avqust ayında Nabranda Yay seminarı, may və oktyabr aylarında Bakıda Avrasiya Aikido Təşkilatının Texniki Direktoru Nebi Vuralın iştirakı ilə Beynəlxalq seminarlar.

Dünya şöhrətli Aikido ustası Stiven Siqalla Aikido Federasiyasının üzvlərinin görüşünü xüsusi qeyd etmək olar. O sentyabr ayında dövlət başçısı İ.Əliyevin dəvəti ilə Bakıya qısa müddətli səfər etmişdir. Aikido Federasiyasının müxtəlif regionlarda fəaliyyət göstərən klublarının aikidoçuları da görüşdə iştirak etdilər. S.Siqal qısa usta dərsi keçirdi. Gələcək əməkdaşlıq haqqında söhbətlərdən sonra xatirə şəkili çəkildi.


Dostluq görüşü ilə iyun ayında Yaponiya və İrandan aikidoçular dojomuzda qonaq olmuşdular. Azərbaycan Aikido Federasiyasının rəhbəri Tehranda yeni aikido dojosunun açılışı ilə bağlı konqresə dəvət olunmuşdur. 12-13 noyabr tarixlərində Federasiyasının prezidenti sensei F.Ələsgərov Tehranda keçirilmiş Aikido konqresində iştirak etmişdir.




2015 ci ilin payızında Sloveniya, Belorusiya və Rusiyadan olan aikidoçular dojomuzu dostluq səfərləri ilə ziyarət etmişdilər.
Federasiya Gənclər və İdman Nazirliyi və digər dövlət qurumları ilə əməkdaşlıq edir, tədbirlərdə nümunəvi çıxışlarla iştirak edir.
İndiyə qədər Azərbaycan Aikido Federasiyasında 5 mindən çox üzv qeydiyyatdan keçmişdir. Federasiya bütün tədbirlərini “Millətin Sağlamlığı” proqramı çərçivəsində həyata keçirir. Tələbə (Kyu) və usta (Dan) dərəcələrinə imtahanlar qəbul olunur. Onu da qeyd etmək olar ki, Federasiya bu il özünün yerlərdəki klublarının sayını da artırmışdır.




Aikido – böyük ustad M.Ueşiba tərəfindən Yaponiyada yaradılmış döyüş sənətidir. Bu döyüş növünün Yolu onun fəlsəfəsi ilə işıqlanır. Federasiya təlim metodikasını Aikidonun yaradıcısının fəlsəfəsi üzərində qurur.
Aikido ilə məşğul olan uşaqların, qadınların və yaşlı insanların sayı getdikcə artır. Azərbaycan Aikido Federasiyası bədən, ruh və düşüncə tərzi ilə sağlam olmaq və savadlı şəkildə Aikido öyrənmək istəyən hər bir kəsi öz sıralarında görməyə şaddır.

Bizim Yolumuz haqq Yoludur və Yol davam edir...

Azərbaycan Aikido Federasiyası.

© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az