AĞIL
Əgər kimsə harmoniyada yaşayırsa və nəsə deməyə çalışırsa, onu heç kim düzgün başa düşmür. Ağılda harmoniya olmayana sözlə heç nə izah etmək mümkün deyil. Bu, kor adama işıq vermək kimidir, o isə bunu yenə də görməyəcək. Eynilə, həyat bizə açılanda, biz onu hiss etmirik. Amma zehnimiz açılsa, biz çox asanlıqla həm görə biləcəyik və həm başa düşəcəyik. Bunun üçün zehnin daim təmizlənməsi tələb olunur. Burada sözlər kömək etməyəcək, ilişib qalmış ağılı vurub durğunluqdan çıxarmaq lazımdır. Hər kəs özünü inandırıb və hesab edir ki, etdikləri hər şey düzgündür və belə də olmalıdır. Amma onları bu çərçivədən çıxarsaq, onda onlar həqiqəti görəcəklər və bu, hazırlıqsız insanlar üçün qorxulu olacaq. Həqiqəti gördükdə, nə qədər insanın düzgün yaşamadığını anlayacaqlar, halbuki hamı hər şeyi düzgün və yaxşılıq üçün etdiyini düşünürdü. Yatmış ağıl doğru ilə yanlışı ayırmır və bunu başa düşmək lazımdır. Ona görə də biz onları doğru və ya yanlış hesab etməməli və onlara nəyisə sübut etməməliyik. Onların şüurları qış yuxusundadır və nəyin doğru, nəyin yanlış olduğunu anlamırlar. Çünki onların bədənində bilik enerjisi inkişaf etmir. Bədəndə enerjini müxtəlif bilik və təcrübələrlə inkişaf etdirməyin bir çox yolu olsa da, bu sahələr üzrə əsl mütəxəssislər tapmaq çətindir. Daha da çətin olanı odur ki, hamı bu bilik və bacarıqları öyrənməyə və qəbul etməyə hazır deyil və yada bacarmır.
Lakin bədəndə enerjinin inkişafı üçün ən sadə yol özümüzdə sədaqət və səmimiyyəti yetişdirməkdir. Bu əldəetmə bizə imkan verəcək ki, enerjini bədənimizin lazımi nöqtəsində cəmləşdirə bilək. Bədəndəki enerjini cəmləşdirməyi öyrəndikdən sonra, onu xaricə yönəldərək, özümüzü bu efirə bürüyürük. Bundan sonra hissiyat orqanlarında və şüurumuzda yavaş-yavaş aydınlıq görünməyə başlayır. Belə olduqda isə artıq doğru ilə yanlışı ayırd edə biləcəyik. Təbii ki, başa düşməyən və bilməyən bir insanın sədaqət hissi vasitəsilə duyğu orqanlarında və şüurda enerjini müstəqil inkişaf etdirməsi çətin və hətta qeyri-mümkündür. İlk sədaqəti valideynlərə qarşı tətbiq etmək və inkişaf etdirmək lazımdır. Çünki onlar sizə ən azı həyat veriblər. Sonra sizə həyat üçün bilik verən müəllimlərə. Və o insanlara ki, hansılar bacarıqları və həyat müdrikliyi ilə sizi öyrədib, kömək edib və yol göstəriblər. Ona görə də valideynlər və müəllimlər ilk növbədə öz övladlarına və davamçılarına sədaqəti öyrətməlidirlər ki, bu da onların gələcək həyat yolunu dərk etmələrinə və bilikləri düzgün mənimsəmələrinə kömək edəcəkdir. Həmçinin sədaqətin kimə olunacağını da düzgün seçmək vacibdir. Əgər sadiq olduğunuz insanlarda ədalətsizlik hiss edirsinizsə, bu barədə mütləq ona deməlisiniz. Amma əgər o, sizin ifadənizə əhəmiyyət vermədən ədaləti pozmağa davam edirsə, onda siz ona tabe olmamalısınız və onun arxasınca getməməlisiniz. Sadiqlik ədalətlə müşayiət olunur.
İnsanlar əzab-əziyyətlərində, eniş-yoxuşlarında səhvən özləri haqqında düşünəndə dərin yanılırlar. Çünki insanlar həyata uyğunlaşmaq üçün dayanmadan mübarizə aparır və özlərini öz çərçivələrinə salırlar. Sadəcə başa düşməliyik ki, həyatda hər şeyi əldə edə bilməyəcəyik və hər şeyə nail olmayacağıq. Başqalarına zərər verərək, laqeydlik nümayiş etdirməklə qazandığınız faydaların əvəzini özünüz də bilmədən mütləq ödəyəcəksiniz. Bundan da qaça bilməyəcəksiniz. Hərəkətlərinizin nəticəsini mütləq alacaqsınız. Etdiyiniz hər şey, yaxşı və ya pis, tam şəkildə sizə qayıdır. Əgər hərəkətlərinizin nəticələrini bilmədən yaşayırsınızsa, deməli, axmaq bir həyat yaşayırsınız. Amma səylərinizin düzgün nəticəyə gətirilməsi üçün, vacib deyil nə ilə məşğul olursunuz, ağıl, təcrübə və tanrı lütfü lazımdır. Əgər insan bu və ya digəri olmadan işə başlasa, nəticə müsbət olmayacaq. Müsbət nəticəyə aparan yol tanrının lütfündən keçir. İlahi təsiri altında olanda sizə necə yeriməyi, necə düşünməyi öyrətmək lazım olmur. Müəyyən bir yumşaqlıqla yeriməyə başlayacaqsınız və etdiyiniz hər şeydə müəyyən bir məntiqi fikir olacaq. Bu vəziyyətdə uğur özü-özlüyündə gələcək. Hər üç cəhət biri-birindən ayrı deyil. Lakin sizdə ağıl yoxdursa, ilahi sizdən yan keçəcək. Ona diplomlu “ağıllar” yox, Kainatla uyğunlaşan, onunla eyni dalğada olan ağıl lazımdır. Sadəcə başa düşmək lazımdır ki, bu ağıl bizim deyil, o, hər şey kimi Yaradanın özünə məxsusdur.
Ətrafımızda baş verənlərə qarşı həssas olmağı öyrənin. Bu vaxta kimi deyilən və deyilməyən hər şey Kosmosdadır. Bütün Kainat bizimlə davamlı olaraq əlaqə saxlayır. Amma biz bunu eşitmirik, çünki başımızda həddən artıq söhbət var. Bu zümzüməyə görə insanlar tanrını dinləyə və eşidə bilmirlər. Başımızda fon olmadıqda və yalnız sükut olduqda eşidə bilərik. Baxmayaraq ki, ətrafınızda fon olduqda da eşidə bilirsiniz, eyni zamanda bir şey haqqında da düşünürsünüz, lakin bu bizim dediyimiz deyil. Eşitmək və dinləmək fərqli anlayışlardır. Əgər dinlədiyiniz zaman zehniniz susursa və diqqəti mərkəzləşdirirsə, o zaman eşidəcəksiniz.
Dinləmək üçün kiməsə inanmaq lazımdır, əks halda ancaq eşidəcəksiniz. İnam olmayanda həmişə narahatlıq və qorxu olacaq. İnam isə qorxmazlıq yaradır. Qorxmazsansa, qəzəb yoxdur. Qəzəb olmadıqda isə, hərəkət yığcam şəkildə olur. Ağlı aydın və iti saxlamaqla əldə olunan bilik hər şeydən və hər yerdən çeşidləyərək keçir, və belə olduqda isə ətrafınızdakı dünyaya münasibətdə aydınlıq görünür. Ağıl 5 duyğunuza kömək etmək üçün mövcuddur. Hisslərlə bağlı problemlər ağlınızın nəyəsə bağlı olduğundan baş verir. Əgər o, hər hansı bir şeyə laqeyddirsə, onda o hər nə olsa dəlib keçəcək. Belə olduqda hissləriniz sizə daha çox açılacaq.
Biz başa düşməliyik ki, bizim enerji sistemimiz Kainatın enerji sisteminə bağlıdır. Əgər biz enerji sisteminə köklənsək və Kainatla harmoniyada qovuşsaq, o zaman özümüzdən yuxarı qalxacağıq. Amma müqavimət göstərsək, o, başqa bir yol tutacaq. Xoşbəxtlik və bədbəxtlik tapmaq bizim hansı yolla getməyimizdən asılıdır. Hansı zamanda yaşamağınızın əhəmiyyəti yoxdur, hətta ən pis vaxtlarda belə, hər kəs hər şeydən üstün ola bilər.
Əldə olunan bütün biliklər insan şüurunda qeyd olunur və düşüncə və duyğular vasitəsilə özünü göstərir. O, enerji sahəsinə nə qədər çox açılırsa, təcrübəsi də bir o qədər getdikcə yaxşılaşır. Universal enerji buna həssasdır və hər kəs doğru və yanlışdan öz payını alır. Kənardan alınan enerjini ağıl sahəsinə yönəltsək, kəskin intellekt əldə edərik. Əgər onu transformasiya edərək inkişaf etdirsək, o zaman həyatın ustalığını qazanarıq və onda özümüz həyatımızı idarə edə və nəzarətdə saxlaya bilərik.
Allah onun hərəkəti ilə uyğunlaşanları eşidir.
Fərhad Ələsgərov
|