TƏRBİYƏ
Hekayə:
Bir dəfə, bir adam, evladı necə tərbiyə etmək barədə müdrük bir adamın verdiyi məsləhətindən hekayə danışdı.
“Babam hər gün işə 10 mil piyada gedirdi.
Atam 5 mil piyada gedirdi.
Mən Cadillac sürürəm.
Oğlum Mersedesdədir.
Nəvəm Ferraridə ola bilər.
Burda müəllim əlavə etdi:
Amma nəticən, bəlkə təkrarən yenə, piyada olacaq.
Müəllimdən soruşdu: “Niyə belə”?
Onda müəllim belə hikmət söylədi:
Çətin zamanlar güclü insanlar yaradır.
Güclü insanlar asan dövrlər yaradırlar.
Asan dövrlər zəif insanlar yaradır.
Zəif insanlar çətin dövrlər yaradır.
Və ardınca dedi: çoxları başa düşməyəcək, amma sən döyüşçü yetişdirməlisən”.
Valideynlər:
Bəs döyüşçünü necə tərbiyə etmək? Artıq hamı hər şeyi bildiyini düşünür və sonra ailə qururlar, uşaq böyüdürlər, amma necə? və kimi? Əgər necə tərbiyə etməyi bilmirsənsə, xüsusən də döyüşçünü necə ailə qura bilərsən. Amma tərbiyə etmək üçün sən özün döyüşçü kimi olmalısan.
Uşaqlar:
Uşaqlar gözləri və qulaqları ilə öyrənir, şüurun böyüməsi və bilik əldə etməsi ilə nəyin yaxşı, nəyin pis olduğunu ayırd edə bilirlər. Lakin böyütdüyünüz uşaqları ərköyünləşdirsəg və onlara hər şeyi asanlıqla və çətinlik çəkmədən, valideynlərinin çiyinlərində sürməyi öyrətsək, onlar heç vaxt döyüşçü olmayacaqlar. Rahat həyat onlara heç vaxt düşünmək və anlamaq, müstəqil olmaq və doğru yolu tapmaq imkanı verməyəcək. Çarəsiz olduqları üçün həmişə qəyyumluğa ehtiyac duyacaqlar və ömür boyu sizə yük olacaqlar. Yaxşı oğul böyüdükdən sonra valideynlərinin maddi sərvətinə ehtiyac duymayacaq, pis oğul isə əldə etdiyi hər şeyi məhv edir.
Şagird:
Amma biz özümüzdən başlamalıyıq və özümüzü doğru yola yönəltməli və döyüşçü kimi yaşamalıyıq. Övladlarınız sizi təqlid edəcək və sizin kimi olmaq istəyəcək. Onlara nə qədər desən: mənim səhv etdiyimi etmə, yenə də sizi təkrarlayacaqlar. Yalnız diskomfort, əmək və düşüncə onu əhati mühitin şagirdi edəcək. Şagird görünəndə müəllim də görünür. Belə bir şagirdə bütün təbiət, kitablar, doğru və yanlış insanlar öyrədəcək. Onun ağlı onun qılıncına çevrilir, qaranlıqdan işığa yol açan qılınca və o döyüşçüyə çevrilir. Döyüşçü o kəsdir ki, ondan öyrənmək və ona bənzəmək istəyirlər, və o vaxtı - zamanı nəzarətdə saxlayır.
Döyüşçü:
Döyüşçü saleh həyat sürəndir:
- sakit - ruhən və bətnən;
- təvazökar - bu onun həyat tərzidir;
- təmiz - bədən və düşüncə baxımından;
- səbrli - istənilən vəziyyətdə;
- dürüst - sözdə və əməldə;
- asket - həmişə zehni, bədəni və ruhu məşq edir.
- müdrük - meditasiya edir və yeni biliklər əldə edir.
Sülh dövründə döyüşçü yalnız özü ilə vuruşur və yalnız özü üzərində qələbə haqqında düşünür. Bu, onun həyatının mənasıdır.
O, sözlə deyil, əməli ilə öyrədir. Sözlər və əməllər gözəl əl yazısı kimi örnəkdir.
Nəyi varsa onun deyil, bütün planet onun doğmasıdır.
O, nə vaxt, kimə, harada və necə kömək edəcəyini bilir.
Ona maddi iztirablar təsir etmir və o maddi nəticələr reaksiyasından azaddır.
O, heç nəyə, fəaliyyətinin bəhrələrinə də bağlı deyil.
O, illüziyalardan azaddır və nə edəcəyini və nəyi etməməli olduğunu bilir.
O, bədənindən daha çox ruh üçün narahatdır.
Hər şeyi olduğu kimi qəbul edir və hər şeyi lazımi rəngdə görür.
Həqiqət naminə imanla yaşayır və maddi qazanc gözləmədən hər şeyi edir.
Həmişə ağlını təmizləyir, bədənini gücləndirir və ömrünü uzatmağa çalışır.
Ətraf mühitin rifahı və qorunması üçün yaşayır.
Vəzifəsini həvəslə, şərəflə, məmnuniyyətlə, uğur və uğursuzluqdan narahat olmadan və onu gözləyən çətinliklərdən qorxmadan yerinə yetirir.
O, borc hissi prinsipi ilə yaşayır - etdiyi bütün yaxşılığı unudur və ona edilən yaxşılığı unutmur.
Təbii ki, valideynlər belə olmalıdırlar ki, övladlarının tərbiyəsində öz dəst-xətti ilə nümunə olsunlar.
Necə ki, atalar məsəlində deyilir: “Övladım mənə əzizdir, amma tərbiyəsi daha əzizdir”.
Fərhad Ələsgərov
|