Nəsihətlər
Əgər düzgün cavab tapmaq istəyirsənsə, özünü düzgün vəziyyətə gətirməlisən. Düzgün vəziyyət – sakitlik vəziyyətidir.
Sensei - Fərhad Ələsgərov
Həqiqi budo - sevginin məhsuludur. Bu bütün canlı varlıqlara həyat vermək üçün çəkilmiş zəhmət deməkdir, bu işdə heç kimi öldürmək, heç kimlə vuruşmaq olmaz. Məhəbbət - hər şeydə ilahiliyin qorunub saxlanılması deməkdir. Bunsuz heç nə mövcud ola bilməz. Aikido - məhəbbətin reallaşdırılmasıdır.
O-Sensey Morihey Ueşiba
Əgər siz kamilliyin yüksək səviyyəsinə çatmaq istəyirsinizsə, onda siz şöhrət və gəlir kimi istəklərdən də azad olmalısınız.
|